Dünyanın ən sirli təriqətləri

Dünyanın ən sirli təriqətləriOnlar ya dünyanı idarə edir, ya da idarə edənləri təsir altında saxlayır
Deyilənə görə, əslində dünyanı idarə edənlər elə onlardır. Hamımız onların haqqında çoxsaylı miflər, əfsanələr eşitmişik. Söhbət dünyanın ən sirli və cazibədar təriqətlərindən gedir. Türkiyə mətbuatında bu təriqətlər barədə yazılanları sizlərə təqdim edirik. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı birləşdirir?

1. Masonluq

"Mason" kəlməsi "daş ustası" mənasını verir. Başlanğıcda mason qrupları həqiqi masonlardan, yəni daş ustalarından ibarət idi. Amma sonradan hələ də məlum olmayan səbəblərdən qruplara daş ustası olmayan insanlar da daxil oldu və onlara da "Azad və qəbul edilmiş mason" (free mason) deyildi.
5 milyon üzv
Masonluğun 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində yarandığı bildirilir. Bu, bir növ "Qardaşlıq" qruplaşmasıydı. Hazırda dünyanın bir çox ölkəsində yayılıb və 5 milyon üzvü var. Sadəcə İngiltərə, İsveçrə və İrlandiyada 480 min, ABŞ-da isə 2 milyon üzvü olduğu deyilir.
Masonların gizli sirləri
Masonların ən dəyərli simvolizmi sirr və gizlilikdir. Masonluqda simvollardan biri də rituallara dərindən yiyələnmək, onları yaymaq və uzunömürlülüyünü saxlamaqdır. Bundan başqa, xüsusi mason kəlmələri, işarələri də mövcuddur.

2. İllüminati

Bu təriqət 1776-cı ildə Almaniyanın Münhen şəhərində Adam Veişaupt adlı bir hüquq professoru və Baron fon Knigge tərəfindən yaradılıb.
Savad, savad, savad...
İllüminati, "savadlanmış, maariflənmiş, bilimli" mənasını verir. Bu qrupun məqsədi cəhalətlə, təzyiqlə və kilsə ehkamları ilə mücadilə etməkdir. Əvvəlcə əsl məqsədləri din doqmalarından uzaq olmaq, azad düşünmək, Nyutonçu pozitiv düşüncənin önünü açmaq idi. Sonralar isə gizli siyasi məqsədlər də güdülməyə başlandı. İllüminati dünya siyasət tarixində bəlkə də üzərində daha çox gizlilik nəzəriyyəsi daşıyan qrup halına gəlib.
Kilsəyə qarşı
İllüminati təriqətinin yaradılmasının əsl məqsədi barədə bunları deyirlər: "Kilsənin düşüncə tərzinə və əsl məqsədlərinə böyük antipatiyası olan Qalileo Qaliley bir qrup yaradaraq, din ehkamları ilə mübarizə aparmaq üçün parlaq və zəkalı gəncləri, həddən artıq ağıllı insanları bir yerə toplayıb, onlara azadlığın, azad düşüncənin, maariflənmənin faydasını başa salmağa çalışıb. 1774-cü ildə Mason olan Veişaupt bu əməllərin masonluq içərisində də olduğunu bilsə də masonluğun fəlsəfəsinin daha çox siyasət üzərində qurulduğunu görürdü. Bundan başqa, o, Almaniyada böyük təsirə sahib olan kilsə hegemonluğuna son vermək qərarına gəldi. Elə bu məqsədlə də 1776-cı ildə özü kimi düşünən 11 insanla bərabər "İllüminati"ni qurdu.

3. Opus Dei

Opus Dei, 1928-ci ildə Madriddə adi bir keşiş olan Jose Maria Escriva de Balaguery Albas tərəfində qurulan 79 illik İspan əsilli bir təşkilatdır.
Katoliklərin təriqəti
Katolikliyə sadiq, inancları və iş-güc sahibi olan insanları bir yerə toplayaraq Papaya Vatikandan kənarda dəstək olacaq bir qrup yaradıldı. Bu qrupa yaxşı təlim keçmiş, elit insanlar qəbul edildi. Bu günə kimi də Opus Dei Vatikanda ən görkəmli təriqətlərdən biri hesab edilir.
Gizli bir örgüt olan Opus Deinin bütün üzvləri katolikdirlər. Bundan başqa, qrupda hər ölkəyə görə cavabdeh olan Kardinallar var. Onlara görə, Papanın şəxsi Kilsədən də üstündür. Düşüncələrinə görə, Papa Tanrı Krallığının müqəddəs öndəridir. Belə bir mərtəbəyə yüksələ bilən insan isə əlbəttə, hamıdan üstün bir insandır. Bu düşüncələrlə də təriqət üçün kilsə ikinci plana düşür.
Heyrət ediləcək sərvət
2,8 milyard dollar sərvəti, 15 universiteti, 97 təlim məktəbi, 36 ibtidai məktəbi olan Opus Dei ilə bağlı indiyə kimi bir çox mübahisələr olub. İndiyə kimi onların barəsində müxtəlif fikirlər və ittihamlar səslənsə də təriqət bunların heç birinə aydınlıq gətirməyib.

4. Quru kəllə və sümüklər təriqəti

Bu təriqət Nyu-Havendeki Yale universitetində 1832-ci ildə Vilyam H.Rasselin başçılığı ilə bir qrup tələbə tərəfindən qurulub.
Örgütə girmək asan deyil
"Quru kəllə və sümüklər" təriqəti Yalenin digər gizli örgütləri (Fərman və Açar, Kitab və İlan, Qurd Başı, Eliyahu və Berzelius) arasında ən qədimi və etibarlısıdır. Bu universitetin son kurslarındakı tələbələrindən hər il sadəcə 15 insan təşkilata daxil ola bilir.
Hədəf yeni dünya düzəni
Ən böyük hədəfləri Yeni Dünya düzənini gerçəkləşdirməkdir. Təriqətə qatılanları da bu hədəfə uyğun olaraq təlimləndirirlər. 1898-ci ilə qədər ABŞ-ın rəsmi rəhbərliyi üzərində sadəcə bir qədər təsir imkanları var idi. Təriqət dünyanın ən zəngin insanlarına yetişməyə çalışır. "Quru kəllə və sümüklər" təriqətinin digər mason örgütlərinə nisbətən Amerikada daha çox yayıldığı və təsir gücünün olduğu da bildirilir.

5. Trilateral Komissiya

Bu 1973-cü ildə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev Bzejinski tərəfindən qurulmuş gizli bir örgütdür.
Təriqətin məqsədi
Bu təriqət toxumları ABŞ-da cücərən "Yeni dünya quruluşu" fikrini dünyaya, yəni Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaya bilmək üçün yaradılıb.
Tək dünya dövləti qurulsa, piramida birləşəcək
Bzejinski 1973-1976-cı illər arasında rəhbərlikdə olub. Təriqətin simvolu su şəkilindədir. Belə ki, Yer kürəsinin üç tərəfindən su axını birləşmək üçün eyni səmtə axır, lakin hələ birləşməyiblər. Bunları birləşdirən tək və çox böyük üçbucaq meydana çıxır. Üçbucaqların hər biri trilateralın üç bölgəsini göstərir. Üçbucaqlar həm də piramidanın simvoludur. Böyük piramidanın birləşməmiş olması onu göstərir ki, hələ tək dünya dövləti qurulmayıb.

6. Bogema klubu

1872-ci ildə qurulub. Təriqətin əsas üzvləri ABŞ-ın qərbindəki elit təbəqədir. Respublikaçı prezidentlər və prezidentliyə namizədlərin hamısı bu təşkilatın üzvüdür.
Hər bölgədə izləri var
Fəaliyyətləri son dərəcə gizli olan bu təşkilatın aşkara çıxmasına ABŞ dövlət gücləri əngəl olur. Bununla yanaşı, mərkəzdəki evlərdə eyni anda yüzlərlə insanı həftə sonu bir araya gətirə bilirlər. ABŞ-ın hər əyalətində izləri var. Simvolları bayquşdur. Rituallarda bayquşa itaət edirlər və bayquş motivindən istifadə edirlər.
Əsas nöqtələrdə zəngin üzvlər var
Bogema klubu həm çox zəngin, həm də əsas nöqtələrdə elitarların olduğu daha üstün və daha çox gizli bir klubdur. 1000-ə yaxın ABŞ eltarı intensiv olaraq həftə sonu Kaliforniyada və ya digər əyalətlərdəki iri həyətyanı sahəsi olan evlərdə toplanıb, tədbirlər keçirirlər. Eyni zamanda başqa rituallara da əməl edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2410   Tarix: 02 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 220
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 449
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 261
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 425
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 443
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 269
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1568
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 429
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 266