Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİK

Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİKNəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edilib.

BiG.AZ-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Bununla yanaşı, "A", "B" və "C" kateqoriyaları, "B1" və "C1" altkateqoriyaları üzrə - 18 yaşdan, "BE" kateqoriyası və "C1E" altkateqoriyası üzrə - 19 yaşdan, "CE" kateqoriyası üzrə - 21 yaşdan; "D" kateqoriyası, tramvaylar, trolleybuslar və "D1" altkateqoriyası üzrə - 23 yaşdan, "D1E" altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.

"C1" - "D" kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "D1" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "C1E" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "D1E" - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1" altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulur.

Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;

2. asma mühərrikli velosipedi, mopedi və "A1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;

3. "A", "B", "C" kateqoriyalarına, "B1" və "C1" altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;

4. "BE" kateqoriyasına və "C1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq "B" və ya "C" kateqoriyasına (o cümlədən, "C1" altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);

5. "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

6. "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə "B", "C" və ya "C1" kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

7. "D1E" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına və ya "D1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);

8. "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).

Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 23 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl

13.12.2025 158
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

Sabah Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanı

13.12.2025 277
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Məşhur serialda "Tərəkəmə" oynadılar - Video

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə

13.12.2025 230
.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

13.12.2025 168
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"

Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh

13.12.2025 137
.

TOP MP3