Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdirMəni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub.

BiG.AZ Oxu.Az -a istinadən 21 yaşlı qızın acı taleyini təqdim edir:

"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək"

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

"Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Məndə görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər".

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

"İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.

Ayın sonunda 110 manat telefon borcu gələndə bibim məni döyüb evdən qovdu. Atama da zəng elədi ki, qızın bizə borc yazdırıb, gəl ödə. Atam bibimgilə gələndə oğlana zəng edib yalvardım ki, məni aparsın. O da məni evinə dəvət etdi. Yemək yedik. Sonra içməyə nəsə gətirdi və bəyənəcəyimi dedi. Onu içəndən sonra özümdə olmamışam. Səhər oyananda birinci heç nə başa düşmədim. Amma başım özümə qayıdandan sonra gördüm ki, artıq gecdir".

"Mən evliyəm, səninlə evlənə bilmərəm"

Başına gələnləri danışdıqca üzündə qəribə bir ifadə yaranırdı. Bütün baş verənlərdən sonra sanki evlərində, özünün də dediyi kimi, "xadimə" işləməyə razıyam" deyərmişcəsinə ifadə vardı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Deyir ki, oğlana çox yalvarsa da, heç bir faydası olmayıb:
"Mən onun 37 yaşı olduğunu bilmirdim. Evli olduğunu da deməmişdi. Məndən böyük olduğunu bilirdim, amma bu qədər yox. Elə bilirdim, o da məni sevir. Həmin gecənin səhəri mənə dedi ki, evlidir, ailəsi var və mənimlə evlənə bilməz. Sonra dedi ki, bu barədə heç kimə heç nə deməyim. Hər şey yaxşı olacaq. Gedəcək yerim qalmamışdı deyə ölüm qorxusu da olsa, qayıtdım bibimgilə. Atam gəldi, məni sürüyə-sürüyə apardı evimizə.

Telefon pulunu qorxumdan boynuma almırdım, amma sonda məcbur olub etiraf etdim. Anam gecə ilə suya dərman qatıb məni zəhərlədi. Sonra qorxdular, tez Həkimə apardılar. Həkim mədəmi yudu, qayıtdıq evə. Başıma gələnləri heç kimə deyə bilmirdim. Anamgil məni bir yolla öldürməyə qərarlı idilər, bilirdim. Qorxudan evdən qaçdım".

Bir gün küçədə yatdığını deyən L.A.-nın sözlərinə görə, tanımadığı bir qız ona kömək edəcəyini bildirərək, evlərinə aparıb:

"Bir qız dedi ki, sənə kömək edəcəm. Onunla getdim. Bir gün evlərində qaldım, səhər oyananda məni polisə aparacaqlarını dedilər. Polisə getmək istəmirdim. Dedim, məni ora aparsanız özümü öldürəcəm. Dayılarıma, xalalarıma, bibilərimə zəng elədim. Kömək istədim. Heç biri yaxın durmadı. Bibim dedi ki, atan deyir, evə qayıtsa, bağışlayacam. Amma yalan deyir, məni namus üstündə öldürəcəklər. Mən belə olmasını istəməmişdim. Bibimgil harada qaldığımı soruşur, qorxumdan demirəm ki, atam gəlib tapacaq. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm".

21 yaşlı L.A.-nın danışdıqları film kimi görünsə də, təəssüf ki, həqiqətdir. Bəlkə də, o da həyatın filmlərdən çox daha fərqli olduğunu bundan sonra başa düşəcək.
Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5661   Tarix: 20 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137