Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHIBir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub.

Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin deputatı Abel Məhərrəmovun İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.

Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar.

BiG.AZ qaynarinfo-ya istinadən həmin məlumatları sizlərə təqdim edir:

Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHIYaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib. 1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb. 1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.

2008-ci ildən Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışan A.Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Abel Məhərrəmovun digər qardaşı Rauf Məhərrəmov özündən 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHIRauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Onunla bağlı nə qədər çalışsaq da, məhdud məlumat ala bildik. Əldə etdiyimiz məlumata görə, o, Prezident Adminstrasiyasında çalışır. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədridir. O, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb.

Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o, DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir.

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHIO, 1996-cı ildə Bakı Dövlət Universitetinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə bitirdiyinə görə universitet rəhbərliyi 2006-cı ildə onu Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə əyani doktoranturaya qəbul edib.

Hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO" kafedrasının dosentidir.

2000-ci ildə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 2002-ci ildə sədrin I müavini seçilib. 2006-cı ilin 27 noyabrından BDU THİK-nin sədri vəzifəsində çalışır. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən "Yaxşıların Yaxşısı" fəxri adına layiq görülüb və xatirə medalı ilə təltif olunub.

2010-cu və 2011-ci illərdə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən "İl ərzində peşəkar, səmərəli və məhsuldar fəaliyyətinə gorə" Fəxri Fərmanlarla təltif olunub. 2010–cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2014-cu ildə "Azərbaycan həmkarlar ittifaqlarında xidmətlərinə görə" medalı ilə təltif olunub. Bu medal həmkarlar sistemində ən ali mükafatdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8728   Tarix: 17 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672