"Neftçi"nin hücumçusu: Milliyə düşməyimə ən çox sevinən qardaşım oldu

"Neftçi"nin hücumçusu: Milliyə düşməyimə ən çox sevinən qardaşım oldu"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun Oxu.Az saytına müsahibəsi

– İlk dəfə milliyə çağırıldınız. Bu barədə nə deyə bilərsiniz? Bu çağırışı gözləyirdinizmi?

– Buna çox sevindim. Hər bir futbolçunun arzusu millidə oynamaqdır. Milliyə çağırılacağımı gözləyirdim. Çünki əvvəl saytlar bu barədə yazırdı. Amma çağırılacağımı dəqiq bilmirdim. Dünən dəqiqləşdi.

– Azərbaycan Premyer Liqasında beş qol vurmusunuz. Əvvəlki oyunlardan öncə Qurban Qurbanovdan çağırış gözləyib, amma adınızın siyahıda olmamasına görə təəssüflənmisinizmi?

– Yox, buna təəssüflənməmişəm. Əksinə, bu mənə hər dəfə böyük motivasiya olub. Çalışmışam ki, oyunumu yaxşılaşdırıb milliyə düşüm.

– Millidə ilk oyununuz Farer Adalarına qarşı ola bilər. Bu oyunla bağlı düşüncələriniz necədir?

– Turnir cədvəli baxımından qələbə bizə lazımdır. Komandamızın qələbə qazanacaq gücdə olduğunu düşünürəm. İnşallah, qələbə qazanarıq.

– Farer Adaları ilə heç-heçə artıq Kosovo ilə matçı əhəmiyyətsizə çevirə bilər...

– Malta – Kosovo oyunundan da çox şey asılı olacaq. Heç nəyi bilmək olmaz. Əsas odur ki, biz öz oyunlarımıza köklənə bilək.

– Qardaşınız Mirsahib Abbasovun milliyə düşməsi üçün nə etməsi lazımdır?

– Milliyə düşməyimə ən çox sevinən elə o oldu. Bu, onun üçün də motivasiya olacaq. Yığmaya düşməsi üçün ilk növbədə oynadığı "Zirə"də əsas heyətə düşməyi bacarmalıdır. Belə olarsa, milli məşqçilərinin diqqətini cəlb edə biləcək. İnanıram ki, o da nə vaxtsa millidən dəvət alacaq.

– Bombardirlər cədvəlində komanda yoldaşınız Baqaliy Dabodan bir qol az vurub ikinci yerdəsiniz. Cari mövsüm ən çox qol vuran futbolçu kimi tarixə düşmək istəyirsiniz?

– Hər oyuna çıxanda bir hücumçu kimi qol vurmaq istəyirəm. Amma həmişə dediyim kimi, əsas məsələ komandanın qol vurmasıdır. Mənim qol vurmağım elə də vacib deyil. Qol vursam, daha yaxşı olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 460   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641