İrəvan ən güclü SİLAHINDAN MƏHRUM EDİLİR: Qarabağ müharibəsində... - Bakı üçün ideal variant

İrəvan ən güclü SİLAHINDAN MƏHRUM EDİLİR: Qarabağ müharibəsində... - Bakı üçün ideal variantKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin noyabrın 7-də Astanada keçirdiyi sammit Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə təşkilatın yeni baş katibinin seçilməsi gözlənilirdi. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanın nümayəndəsi daşımalı idi. Yerevan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi, lakin Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

KTMT-nin baş katibi postuna namizədlik haqqında qərar dekabrın 6-da Sankt-Peterburqda qəbul ediləcək. Sammitin nəticəsinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, növbəti birinci katib Belarusun nümayəndəsi təyin ediləcək.

BiG.AZ xəbər verir ki, publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Astanada verilən bu qərar Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan üçün sürpriz deyildi.

Politoloq qeyd edib ki, sammitdən öncə KİV-də KTMT-nin yeni baş katibinin Ermənistan nümayəndəsi olmayacağı barədə informasiyaları dövriyyəyə buraxması da Yerevanı Astanada nəyin gözlədiyinin siqnalı idi.

"Rusiyanın siyasi kuliarlarında bu məsələ geniş müzakirə edilmiş və mətbuata da sızdırılmışdı. Amma Paşinyan sona qədər mübarizə aparmaq qərarına gəlmişdi və konsensus hüququndan (beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səs vermə keçirilmədən razılığa gəlməsi – red.) istifadə edərək KTMT-nin yeni baş katibinin seçilməsini əngəllədi", - deyib.

Qabil Hüseynli qeyd edib ki, Paşinyandan bu davranışı gözləyən Rusiya da öz planını hazırlamışdı:

"Rusiya KTMT baş katibinin müavini Valeri Semerikovun 2020-ci ilə qədər - yəni, Belarusun növbəsi çatana qədər - baş katib səlahiyyətlərini icra etməsini istəyirdi. Eyni zamanda, digər dövlətlər, o cümlədən Qırğızıstan və Qazaxıstan Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası bu posta seçmək istəyirdilər və onun namizədliyini az qala baş tutmuş hadisə kimi qəbul edirdilər. Lakin Paşinyanın aranı qatması Rusiyanı manevr etməyə məcbur etdi və məsələnin həllini Sankt-Peterburqa daşıdı. Çox güman ki, Rusiya Xaçaturovun müavinini baş katibin səlahiyyətlərini icra edən şəxs kimi təyin edəcək".

Müsahibimiz hesab edir ki, Paşinyan hazırda çox çətin vəziyyətdədir və seçki ilə bağlı qayğıların mövcudluğu fonunda KTMT-yə Belarusun nümayəndəsinin rəhbərlik etməsinə sona qədər müqavimət göstərə bilməyəcək. Üstəlik, Xaçaturov məsələsinin Ermənistanla Rusiyanın münasibətlərində soyuqluğu daha da artırdığını deyən politoloq bildirib ki, Paşinyan sona qədər müqavimət göstərməyə çalışsa, bu, Moskvanın işğalçı ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə müdaxiləsinə rəcav verəcək:

"Rusiyanın əlində böyük imkanlar var və onlardan istifadə etməklə Ermənistandakı seçkilərə müxtəlif formalarda təsir göstərə bilər. Əlavə edək ki, paytaxtdan fərqli olaraq, bölgələrdə Paşinyanın populyarlığı yüksək deyil. Paşinyan Yerevanda mer seçkilərində qələbəyə rəğmən, bölgələrdə, həmçinin Dağlıq Qarabağda ciddi uğursuzluq yaşaya bilər. Rusiyanın müdaxiləsi də onun parlamentdə əksəriyyət qazanması imkanlarını xeyli azalda bilər".

Cavabı axtarılan məsələlərdən biri Belarusun KTMT-yə rəhbərliyinin Azərbaycana nə gətirəcəyidir. Nəzərə alaq ki, Ermənistan rəhbərliyi KTMT üzərindən tez-tez Azərbaycanı hədələyir, Xaçaturova güvənərək KTMT vasitəsilə Azərbaycan əleyhinə müəyyən təxribatlar təşkil etməyə çalışırdı.

Qabil Hüseynlinin sözlərinə görə, təşkilatda rəhbərliyin əlindən alınması ilə, Yerevan özləri üçün çox əhəmiyyətli hesab etdikləri "silah"dan məhrum olacaq:

"Azərbaycan Yuriy Xaçaturov faktorundan qurtulmuş olacaq. O, çox təxribatçı xarakterə sahib, millətçi və aranı qarışdırmağa çalışan bir adam idi. Təşkilatın nüfuzuna da zərər gətirirdi. Belarus və Azərbaycan arasında isə münasibətlər ideal səviyyədədir. Dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenko arasındakı dostluq münasibətlərini hamı yaxşı bilir. Bakıda təhsil almış, Stanislav Zasın Bakı ilə çox yaxşı əlaqələri var. Belarus nümayəndəsinin KTMT-nin baş katibi seçilməsi Bakı üçün ideal variant olar və Yerevanın təşkilatın adından istifadə edərək təxribat xarakterli bəyanatlarını yox səviyyəsinə endirərdi. Sadəcə olaraq, Paşinyan elə bir təəssürat yaratmaq istəyir ki, sona qədər mübarizə apardı və hətta millətçi qüvvələrə demək istəyəcək ki, Rusiyanın bu məsələdə maneəçilik törətməsi onun öz mövqelərini qorumasına imkan vermədi. Bir sözlə, Ermənistan əlini bu vəzifədən çoxdan üzüb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

11:43 87
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 213
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

20:31 0
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115