Bu günün tarixi (01.05.2012)

Bu günün tarixi (01.05.2012)Miladi: 1 may 2012
Hicri: 9 Cəmadiul axir 1433

İlin 122-ci günü
İlin sonuna 243 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.22
Günəş - 06.40
Zöhr - 13.41
Əsr - 18.06
Məğrib – 20.50
İşa – 22.19

1494 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) Iraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, əslən türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləıri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.

1804 - Parisin məşhur Per-Laşez qəbiristanlığı salınıb. Bu qəbiristanlıqda uyuyanlar arasında azərbaycanlılar da var

1805 - Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanıb

1881 - Amerika Qızıl Xaç Cəmiyyəti təsis edilib

1900 – Çar Rusiyası hökuməti tərəfindən "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında" qanun verib. Bir qədər sonra bu qanun əsasında Cənubi Qafqaz qubernuyalarında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydalarına dair Əsasnamə verildi.

1904 - 7 Avropa dövləti Parisdə FİFA-nı təsis edib

1918 – «Bakı Komissarları Soveti»nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri komandanlıq etdiyi «Bakı Soveti»nin qoşunları şəhərdə vəhşicəsinə qırğın törədiblər, 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar şəyata keçiriblər.

1920 – Bakıda Xalq Cümhuriyyəti hökumətini devirəndən sonra bolşevik Rusiyasının ordu hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşıblar.Qısa döyüşdən ordu hissələri şəhəri ələ keçirdilər və Gəncədə də sovet hakimiyyətinin qurulduğu elan edildi. Mayın sonunda isə Gəncədə sovet hakimiyyətinə qarşı üsyan baş verdi və o, qəddarlıqla yatırıldı.

1921 - Sovet dissidenti, hidrogen bombasının müəllifi Andrey Saxarov anadan olub

1929 - Azərbaycanın əməkdar jurnalisti Sona Bağırova dünyaya gəlib

1991 - Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub

1992 - Avropa İqtisadi Birliyi (AİB) üzvləri vahid aqrar siyasət haqqında razılıq əldə edib

1996 - Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub

2004 - Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub

2004 - Sumqayıt və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb

2004 - Gürcüstanın dövlət himni qəbul edilib

2004 - Türkiyə prezidenti Konstitusiya dəyişikliyini təsdiq edib və Dövlət Təhlükəsizliyi Məhkəmələri ləğv edilib

2006 - Çernoqoriyada keçirilən referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə (55,4%) başa çatıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1825   Tarix: 01 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424