Rəsmi Bakı Paşinyana cavab verdi

Rəsmi Bakı Paşinyana cavab verdiÜmid edirik ki, Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistan Respublikasının xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir.

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O vurğulayıb ki, məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq kimi fundamental hüququndan məhrum edib:

"Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi ərazilərin hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir.

Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: "Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir".

L.Abdullayeva deyib ki, beynəlxalq forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır:

"Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır".

Nazirlikdən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına "Qarabağ həqiqətləri" adlı kitab təqdim edib.

E.Məmmədyarov kitabda "Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur" sözlərini qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 127
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

10:45 503
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

11:27 805
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

14:17 251
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

10:53 186
.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

13:50 348
.

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri DANIŞDI

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur". Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib. O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:. "Toyuqla bağlı problem olub. Halbuki

10:34 533
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 330
.

İsrail ordusu son 24 saatda Qəzzada 100-dən çox yerə hava zərbələri endirib

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 100-dən çox yerə hava zərbələri endirib. xəbər verir ki, ordunun verdiyi açıqlamada Qəzza zolağına hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfahın şərqində quru hücumlarının davam etdiyi bildirilib. Açıqlamada bildirilib ki, son 24 saa

20:30 0