Bazarda hambal işləmək adı ilə getdi, qorxunc quldura və amansız qatilə döndü

Bazarda hambal işləmək adı ilə getdi, qorxunc quldura və amansız qatilə döndüMoskvada əczaçı qadını qətlə yetirmiş Rövşən Şabanovu hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəyə az qalmış izləməyə başlayıblar.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan Rusiya paytaxtına gəlmiş şəxs sentyabr ayından bəri burada yaşayıb. Həmyerlilərinə o, bazarda yükdaşıyan işləyəcəyini desə də, Moskvada küçədə piyadalara hücum etməyə başlayıb. Onun hədəfi ağır çantalar daşıyan tənha qadınıar olub, belə ki, Şabanovun düşüncəsinə görə, onlar müqavimət göstərmək iqtidarında olmayacaqdılar.

Adəti üzrə, azərbaycanlı miqrant Moskvadakı parklardan birində gizlənirmiş. Burada o, metrodan çıxıb evinə gedən qadınları güdüb. Sonradan qadınların arxasınca bloka girərək, onların çantalarını və üzərindəki dəyərli əşyaları oğurlayıb.

Oktyabrın 20-21 tarixlərində iki qadına hücum edib. Oktyabrın 23-də isə "işlər" plan üzrə getməyib. Bədbəxt qadın əmlakı uğrunda mübarizə etməyə qərar verib və bıçaqlanıb. Qurbanını yaralamış Şabanov "payını" da götürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları hadisədən sonra Rövşəni axtarmağa başlasalar da, o, artıq Azərbaycana qaça bilmişdi. Lakin noyabrın 4-də yenidən geri qayıdır. Hüquq-mühafizə orqanlarının işçiləri dərhal onun yaşadığı ünvana gedib pusquda dururlar ki, gələn kimi yaxalasınlar. Lakin Şabanov daha çevik tərpənərək, artıq yaşayış yerini dəyişmişdi.

Noyabrın 5-də azərbaycanlı miqrant daha iki qadının əmlakını oğurlayır, bundan bir gün sonra isə 51 yaşlı əczaçı qadının arxasınca düşür. Qadın blokun qabağında təhlükəni hiss edərək dayanır, lakin bu Rövşəni dayandırmır. O, yeniyetmə bir oğlanla bloka daxil olur. Oğlan 3-cü mərtəbədə yaşadığından liftdən istifadə etmir və evinə piyada qalxır. Cani isə öz ovunu gözləməyə başlayır. Bir qədər sonra qadın bloka daxil olur və liftin düyməsini basır. Elə bu an quldur pusqudan çıxır və deyir ki, ona da sonuncu mərtəbəyə qalxmaq lazımdır. Qadınla birlikdə liftə girir. Qadının yaşadığı 13-cü mərtəbəyə yaxınlaşarkən Rövşən ona 10 bıçaq zərbəsi endirir. Maraqlıdır ki, ağır yaralar almasına baxmayaraq, əczaçı qadın liftdə dispetçeri çağırmaq üçün nəzərdə tutulmuş düyməni basmağa macal tapır. Dispetçer qadın isə liftdən gələn qışqırıq səslərini eşidir. Lakin buna çox özünəməxsus şəkildə reaksiya verir.

Müstəntiqlər bu əlaqənin audioyazısını araşdıracaqlar. Hələliksə məlumdur ki, qadının "Kömək edin! Nə edirsən? Hamısını götür!" qışqırıqlarını eşidəndən sonra dispetçer qadın "Əminsiniz ki, polis çağırmaq lazımdır?" deyə, qəribə sual verib. Sonradan isə səs kəsildiyi üçün polis çağırmayıb.

Əgər həmin an dispetçer qadın polisə zəng etsəydi, cinayətkar "iş başında" yaxalana bilərdi. Çünki o, qətlə yetirdiyi qadınla düz 9 dəqiqə liftdə qalıb, sonradan isə aşağı düşərək sakitcə çıxıb gedib.

Cəzasızlığını görən Rövşən noyabrın 8-də daha bir cinayət əməli törədərkən saxlanılıb.

Saxlanılarkən, Şabanov əvvəllər Azərbaycanda hüquq-mühafizə orqanlarında işlədiyini bildirib. Hələlik onun yeddi cinayəti barədə məlumat var. Lakin qurbanların sayı daha çox ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 09 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999