Əhəmiyyət vermədiyiniz bu xəstəlik əslində çox təhlükəliymiş

Əhəmiyyət vermədiyiniz bu xəstəlik əslində çox təhlükəliymişRevmatizm – təhlükəli xəstəlikdir.
BiG.AZ "fins.az" - a istinadən bildirir ki, bu xəstəlik keçirilmiş "anginadan" 2-3 həftə sonra
kəskin şəkildə başlaya bilər.
Xəstəliyin ilk əlamətləri - yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.

Revmatizm - ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda "angina" - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.
Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər.

Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılma ürək qüsuru formalaşa bilər.

Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez "angina" ilə xəstələnən uşaqlar mütəmadi olaraq kardioloq-revmatoloqun nəzarəti altında olmalıdırlar (ürək qüsurları şəklində fəsadlaşma olmaması üçün).

Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi – təzə revmatizm hücumlarının olmaması.

Revmatizm xəstəliyinin profilaktikası (xüsusən ailələrində revmatizm xəstələri olanlarda) çox zəruridir. Bunun üçün uşaqların immunitetini yüksəltmək (immunomodulyatorlar, vitamin kompleksləri, müalicəvi bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və s.) lazımdır.

Belə uşaqları soyuqdəymədən, ağır fiziki gərginlikdən qorumaq, orqanizmdə daimi infeksiya ocaqları - karioz dişləri, xroniki tonzilliti ("anginanı") müalicə etmək lazımdır. Tez-tez keçirilən "angina" (ildə 1 dəfədən artıq) revmatizmə aparan birbaşa yoldur. Uşaqlarda xroniki tonzillitlərin müalicəsini aparmaq, onların orqanizmini möhkəmləndirmək (fizioterapevtik müalicələrin aparılması, immunomodulyatorlardan istifadə edilməsi, soyuq yeməklərin və içkilərin qəbul edilməsinə qadağa qoyulması və s.) lazımdır.

Əgər profilaktik və müalicəvi tədbirlər görməyinizə baxmayaraq uşaq yenə də ildə 3-4 dəfə angina ilə xəstələnirsə, mütləq badamcıqların kəsilməsi barədə pediatr (uşaq həkimi) və LOR (qulaq-burun-boğaz) həkimi ilə məsləhətləşin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1380   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311