7 güllənin qurbanı olan Savalan Cabbarovun yarımçıq arzuları

7 güllənin qurbanı olan Savalan Cabbarovun yarımçıq arzuları"30 aprel günü elə bilirdik ki, küçə itlərini vururlar. Bizdə dedik ki, günün günorta çağı iti vurmaq olar, amma hardan biləydik ki, günün günorta çağı nəinki iti, elə insanı da vurmaq olar"
Bu gün o günün 3-cü ildönümüdür və bu gün yenə o günə qayıdacağıq. Söhbətin Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı terror hadisəsindən və günahsız şəxslərin ölümündən getdiyi, yəqin, hamıya aydın oldu. Həmin gün mən ikinci kursda oxuyan bir tələbə kimi bu acını hiss edib həmyaşıdlarımın acısını özümünküləşdirməyə çalışırdım. Bu gün isə o acının, kədərin içində olan bir şəxsi danışdıracağam. Qarşımda oturan bu gənc qızın bütün arzuları da elə o gün puç oldu. Çünki o bütün arzularını onunla bərabər qurmuşdu, hər şeyi onunla bərabər edəcəkdi...

7 güllənin qurbanı
Niyəsə birinci onlara getmək istəyirdim, amma o, istəmədi. Valideynləri üçün həmin günə bir də qayıdaraq eyni hisləri yenidən yaşamağın çətin olduğunu dedi və biz də razılaşdıq. Yadımdadır həmin gün həlak olan bütün tələbə yoldaşlarımızın ölümünə çox üzülmüşdük, amma mən bu gün onlardan birini seçdim və ondan danışacağam. Çünki onun ölümü digərlərindən fərqlidir. Onu ölümə isə bir zəng səslədi... Xülasə, "Qafqazinfo"nun bugünkü qəhrəmanı ADNA-dakı terror zamanı 7 güllə ilə həlak olan Savalan Cabbaravun bacısı Nərminə Cabbarovadır.

Elə bir an yoxdur ki, Savalanı xatırlamayaq
Aradan 3 il keçsə də Nərminə həyatlarında heç nəyin dəyişmədiyini deyir: "3 il asan gəlir, keçdi, getdi. Amma 3 ili biz sözün əsl mənasında faciə ilə keçirtmişik. Ürəkdən hələ bu günə kimi gülməmişik. Sadəcə həyatda formal olaraq yaşayırıq, çünki yaşamalıyıq. Amma nə ürəklə yaşayırıq, nə də məqsədimiz var. Biz hər səhər eyni hadisəylə durub, eyni hadisəylə də yatırıq. Elə bir an yoxdur ki, Savalanı xatırlamayaq. Çox ağır itkidir, artıq o yoxdur. İstəyirəm ki, yarımçıq qalan arzularını yerinə yetirim. Ona qismət olmadı ADNA-nı qırmızı diplomla qurtarmaq, özüm qırmızı diplom aldım. Ona qismət olmadı magistr təhsili almaq, mən isə ona görə indi magistram. Əslində belə şeylərə həvəsim yox idi, bütün bunları ona görə edirəm, o edə bilmədiyi üçün edirəm. Yetər ki, onun ruhu şad olsun...Bütün arzularımı onunla bərabər qurmuşdum, hər şeyi birgə edəcəkdik. İndi isə gələcəyim haqqında heç nə fikirləşmirəm, hər şey boşluqdur. Mən də sadəcə bu həyatda rol oynayıram."

Savalan öləndən sonra həyatım sıfırdan başladı
Savalansız ona hər şey çətindir, çünki qardaşı həm də onun ən yaxın dostu idi. İndi Nərminə evin həm oğludur, həm də qızı. Bütün işlərini Savalanın həll etdiyini deyən Nərminə, hətta Savalan dərsə getməyəndə, ozünün də getmədiyini deyir, Savalan gecikəndə isə o da gecikirmiş.. Hazırkı vəziyyətinin Nərminə üçün çox pis olduğunu, ata-anasına həyatda qalmaları üçün dəstək verdiyini, onlara bu itki ilə barışmaqlarına kömək etdiyini bildirir: "Qardaşım öləndə atama bir şey olacağından çox qorxurdum. O nəslin ən böyük oğlu idi..İndi də atam bir yerə gedib gec gələndə elə bilirəm ki, atama nəsə olub. Mənim vəziyyətim ona görə çətindir ki, məcburam anam və atama həyatda qalmaları üçün dəstək olum, ruh yüksəkliyi verim.Savalanla aramızda bacı-qardaş sərhədi yox idi. Bütün sirlərimi oan deyirdim. Mənim dostum idi. Biz o qədər yaxın idik ki, eyni universitetdə və eyni korpuda təhsil aldığımız üçün tutaq ki, 4-cü mərtəbədə işim olurdu, heç qalxmırdım Savalan işlərimi həll edirdi. Bütün günü gözüm onu axtarırdı, baxım Savalan nə edir. Heç danışmasaq da, baxıb bir-birimizə gülürdük. O, öləndən sonra mənim həyatım sıfırdan başladı".

30 aprel günü saat 1-ə qədər Cəfər Cabbarlı heykəlinin qarşısında Savalanı gözləmişəm
ADNA isə bu gün adından tutmuş hər şeyinə qədər ona qardaşını xatırladır. O isə dimdik duraraq magistratura təhsili üçün də məhz Neft Akademiyasını seçdi, təkcə həmin korpusda dərslərinin olmadığına sevinir. 30 aprel hadisəsindən 7 gün sonra dərsə gedən Nərminə nələr yaşadığını belə anladır: "O gündən sonra ilk dəfə dərsə gedəndə vahimə məni basdı. Nə qədər edirdim ayaqlarım yerimirdi. Pilləkənlər mənə onu xatırladırdı. Həmin gün Savalanın geyindiyi kurtkasını mənə verdilər. Kurtkasını geyindim, vurulduğu yerdə güllənin izləri qalmışdı.. O korpusda yeriyəndə mən ancaq qardaşımı düşünürəm, o buradan son dəfə çıxdı".

Və o zəng. Savalan bir zəngin həyəcanına dayanmayıb çölə qaçdı. Bəlkə də o zəng olmasaydı, onlar elə sakitcə imtahan verib, digərləri kimi olanları ya eşidər, ya da telekanallardan izləyərdi.
Nərminə isə Savalana zəng vurduğu üçün bəzən özünü günahkar hiss etdiyini bildirir: "Mənim yerimə kim olsaydı qardaşına zəng edərdi. Mən həmin gün 1-ci mərtəbədə dərsdə idim. Hətta saata baxdığımı da xatırlayıram və saat onda 09:25 idi. Müəllimə jurnalla bağlı nəsə kömək edirdim, bir də gördük səs gəlir. Təsəvvür etməzdim ki, bu güllə səsidir. Elə bil dəmiri dəmirə vururdular. Hətta o səsə hamı güldü, elə bildik zırpaket partdadırlar. Sonra müəllimimiz dedi ki, bəlkə, küçə itlərini vururlar. Bizdə dedik ki, günün günorta çağı iti vurmaq olar, amma hardan biləydik ki, günün günorta çağı nəinki iti, elə insanı da vurmaq olar. Həyətdən universitetdə tələbələri vurulduğunu eşitdik və hiss edirdik ki, silah səslərinin yuxarıdan gəlir. Mən də tez Savalana zəng vurdum, bilirdim ki, o imtahandadır. Telefona cavab vermədiyini görüb qorxdum və dedim ki, yuxarı qalxıram. Mən elə bilirdim Savalangil 3-cü mərtəbədədirlər. Əslində imtahan 5-ci mərtəbədə imiş. Artıq hamı bir-birinə qarışmışdı. Qaçan kim, gələn kim. Hələ bilmirdik ki, aşağıda artıq bir neçə nəfəri vurublar. Hamı pəncərədən yavaş-yavaş aşağı düşməyə başladı. Mən isə qardaşımın səsini eşitmədən həyətə düşməyəcəyimi dedim. Müəllimə də mənimlə qaldı. Savalana universitetdə atışma barədə məlumat verəndə gördüm ki, heç nədən xəbəri yoxdur, hətta mənə dediki, imtahandayam, narahat etmə məni. Mənlə sağollaşandan sonra qrup yoldaşlarına desin ki, universitetdə atışma var. Səsi eşitsələr də, fikir verməyiblər. Pəncərədən həyətə düşəndə hər şeyin real olduğunu gördüm və təzədən Savalana zəng vurub dedim ki, bu zarafat deyil, ciddi atışma var, hətta tanıdığım uşaqlar var, onları da vurublar. O məndən harada olduğumu soruşanda imkan vermədi ki, sözümü sona çatdırım. Telefonu bağladı. Mənlə danışandan sonra telefonu necə yerə çırpıbsa, tavana dəyib qayıdıb. Savalan bu zaman çölə çıxmaq istəsə də, qrup yoldaşları deyib ki, getmə. Təbii ki, qarşısını almaq mümkün olmayıb və uşaqlar da onun arxasıyca gedib. Onlar 5-ci mərtəbədə olsalar da, Savalanı 4-cü mərtəbənin foyesində vurublar. Onun dalınca Ayaz qaçıb, onu da orada vurublar. Talehi isə 3-cü mərtəbədə, o imtahandan tez çıxmışdı. Qrup yoldaşları Savalanın çiynindən vurulduğunu görüblər. Sonra Savalan terrorçunun üstünə qaçıb və o zaman qızları içəri aparın deyib. Ayaz geri qayıdanda, arxadan başından vurublar, elə 1 güllə ilə də ölüb. Sinfə qayıdandan sonra qrup yoldaşları dalbadal güllə səsləri eşidiblər. Sən demə, o güllələrin hamısını Savalana vurublarmış...

Mən də hər dəqiqə qardaşıma zəng vururdum. Dostları dedi ki, guya kimsə yaralanıb onu xəstəxanaya aparıb. Mən isə inanmadım, qardaş mənimdir də yaxşı tanıyıram. Ola bilməz ki, məni qoysun xəstəxanaya getsin. Ağlıma da gəlmirdi ki, onu vurarlar. Mən saat 1-ə kimi Cəfər Cabbarlı heykəlinin qarşısında qardaşımı gözləmişəm. Sonra əmimoğlu mənə Savalanın yaralandığını dedi və xəstəxanaya apardı. Xəstəxana da o qədər millət var idi ki, mən təəccüblənirdim ki, görəsən, bu millətin burada nə işi var? Heç AZİ-də bu qədər adam yox idi. İnanın ki, mən neçə gündən sonra başa düşmüşəm ki, bu mənim bildiyim kimi kiçik hadisə deyildi. Elə bilirdim kimsə səhvən gəlib, ya da dalaşıblar. O qədər iynə mənə vurub yatızdırmışdılar ki..

Atam məndən Savalana niyə zəng vurduğumu soruşdu
Bilmirdim nə edim, kimdən nə soruşum elə bu zaman xəstəxananın həyətində atamı gördüm. Atam isə məndən Savalana niyə zəng vurduğumu soruşdu?
Mən də təəcüblənirəm ki, bu hardan bilir ki, mən qardaşıma zəng vurmuşam. Elə atam üst-üstə deyir ki, sən Savalana niyə zəng vurmusan? Mən də bilmirəm nə cavab verim: "Deyirəm ki, axı o mənim qardaşımdır. Bilməliyəm də necədir". Atam isə mənə Savalanı sənin zəngindən sonra vurublar, xəbərin var? Sonra bildim ki, qolundan vurublar. Mən də sevinə-sevinə dedim ki, qardaşım 1 güllə ilə ölən deyil. Bütün bu baş verənlərə baxmayaraq inanmazdım ki, o ölə bilər. Ətrafımdakıların hamısının ağladığını görəndə başa düşdüm ki, nəsə olub. Amma heç kim heç nə demridi. Mənim əmim də həkimdir və orada idi, gördüm ki, o da hönkürtü ilə ağlayır. Dedim ki, əmi nə deyirsən de, bircə öldü demə. O da ağlayaraq heç nə olmayıb dedi. Arxamca atama "Palatada keçindi" sözünü deyəndə eşitdim.Ondan sonra isə heç nəyi xatırlamıram... İynənin keyindən səhər ayıldım.Sonra bildim ki, patok yoldaşım Yusif Bəndəliyev də ölüb. Birinci deyridim ki, niyə mənim qardaşımı təkcə öldürdülər. Sonra bildim ki, Ayaz da, Taleh də orada ölüb".

Onun meyidi evdən çıxanda əyilib qulağına dedim ki, sənin üçün qırmızı diplom da alacağam, magistr da olacağam
Nərminə üçün çətin günlər elə ondan sonra başlayır. O hadisədən sonra ağır depresiya keçirən Nərminə həmin ab-havadan qurtulmaq üçün müalicə aldığını deyir: "Hadisənin şokundan bütün günü danışırdım. Savalan belə oldu, elə oldu, Savalanla bunu etdik, onu etdik, ancaq danışırdım. Sonradan hiss etdim ki, çox danışıram. Həmçinin universitetdəki tələbələrin mənə baxması və məni bir-birlərinə göstərməsinə dözə bilmirdim. Bir az utancaq oldum və özümə qapanmağa başladım. Dünyada nə baş verirsə versin, mən öz dünyama qapılmışdım, sakit otururdum. Görürdüm ki, yaxşı deyiləm. Qrup yoldaşlarım da hiss edirdilər ki, mən normal deyiləm, mənə kömək etməyə çalışırdılar. Mənə dedilər ki, hamı sənə baxır, deməli, sən seçilirsən. Özü də yaxşı məna da. Sənin qardaşın pis şey etməyib ki, qəhrəmanlıq edib və hamı da səni göstərir. İndi növbə sənindir, ona layiq olmağa çalış.

Əvvəl magistratura barədə fikirləşmirdim. Onun meyidi evdən gedəndə əyilib qulağına dedim ki, sənin üçün qırmızı diplom da alacağam, magistrda olacağam və 4-cü kursda magistra hazırlaşmağa başladım, ilk turu keçsəm də, çox aşağı bal yığmışdım və həvəsdən düşdüm. Sözün düzü, qəbri üstə gedəndə utandım və onda söz verdim ki, sən mənə kömək ol, mən keçəcəyəm. Elə də oldu, qırmızı diplom aldım, magistraturaya qəbul oldum. Mən çalışıram ki, onun qəbri üstə tək gedim, anamla getməyi isə heç xoşlamıram. Həftədə 2-3 dəfə onun qəbri üstə gedirəm. Daha çox evdən xəbərsiz gedirəm. Bir dəfə yuxuda mənə demişdi ki, qəbrim üstə ağlama, ondan sonra ağlamıram. Mənə hələ də çatmır. Mən nə qədər onun qəbrini ziyarət etmişəm, bir dəfə hiss eləməmişəm ki, burdakı mənim qardaşımdır. Heç ağlıma da gəlmir ki, qardaşımın yanına gəlmişəm.

Təsəvvür edin nəsə arzum və ya bir problemim varsa, nəyinsə olmasını istəyəndə qəbri üstə gedib ondan istəyirəm və o mütləq olur. Deyirəm ki, Savalan, filan iş var və sən də mənimlə birgə dua elə. Mümkünsüz olsa, belə mütləq yerinə yetir. Ya onun dostları onu düzəldir, ya da onun adı ilə bağlı olur. Dostları da çox sağ olsun çətinliyimiz olanda həll edirlər. Tez-tez gəlirlər bizə.

Atamın ürəyindən keçən hər şeyi edirəm ki, düşünməsin ki, oğlum yoxdur
Elə gün olmaz ki, qardaşının dərdinə ağlamayım deyən Nərminə çalışır ki, valideynləri onun göz yaşını görməsin. O, valideynləri üçün güclü olmağa çalışır: "Anam-atam gözünü mənə dikib. Anamı görənlər şoka düşür ki, nə vəziyyətdədir.. Anam ağlayanda, ona deyirəm ki, ağlama. Xüsusilə də anamla qardaşımın qəbrini ziyartə etməyə gedəndə ağlamıram. O görməsin ki, ağlayıram. Çünki anam ağlayanda, məndə ağlasam, o daha da yıxılar. Bir az dik durmaq lazımdır. Hamı məndən nəsə gözləyir. Gərək biz də yaşayaq da, ailəmiz itib batmasın. Çalışıram evdə ruh yüksəkliyi yaradım, nəsə edim, hamı gülsün. Əvvəl heç nə görməyən adam, indi bütün ailənin problemlərini həll edirəm. Atamın ürəyindən keçən hər şeyi edirəm ki, düşünməsin ki, oğlum yoxdur. Anam deyəndə ki, ürəyim filan şey istəyir. Mən oğlanın edə biləcəyi işi belə edirəm ki, fikirləşməsin ki, oğlu yoxdur.

Savalan ön cəbhədə əsgər olmaq istəyirdi
Savalanın yarımçıq qalan arzularına gəlincə isə Nərminə xaricdə təhsil almaq istədiklərini deyir: "Biz ikimizdə xaricdə təhsil almaq istəyirdik. O məndən tez qurtarırdı, əsgərliyə gedib gələcəkdi və Norveçə gedəcəkdik. Həmişə deyirdi ki, sən çalış ora get, qalan şeylər mənlikdir. O öləndən sonra istədim hazırlaşım, amma mən də getsəm ailəm tək qalırdı...Savalan istəyirdi ön cəbhədə əsgər olsun, deyirdi anama çətin olacaq, amma gedəcəyəm.
Mənə indi dərs deyən müəllimlərin çoxu bilmir ki, mən Savalanın bacısıyam. Özüm demirəm ki, elə biləcəklər onun adından istifadə edirəm".

Anam mənə dedi ki, sənə görə qardaşın ölüb
Anasının uzun müddət məlum hadisəyə görə ondan incidiyini deyən Nərminə buna görə çox pis olduğunu deyir: "Anam yası çox saxlayandır, deyirəm mama bir az durmaq lazımdır. Bundan çıxmalısan.Təsəvvür edin anam iki ildir evdən çölə çıxmırdı, təzə-təzə evdən çölə çıxır. İndinin özündə də anamı hələ də düzəldə bilməmişəm... Hətta bəzən dediklərim anamın xətrinə dəyir. Çünki uzun müddət qardaşıma görə məndən incimişdi, mən də ondan incidim. Axı mən də övladıyam. Başa düşdüm ki, Savalana zəng vurduğuma görədir bütün bunlar. İndi də mənə əsəbləşəndə elə bilirəm ki, hələ ürəyində qalıb ki, oğlumun ölümündə qızımın günahı var. Anam mənə dedi ki, sən eləmisən, sənin günahın var, sənə görə qardaşın ölüb. Əsas məni depresiyaya salan da bu sözlər oldu. Atam isə deyirdi ki, şükür olsun ki, qızım sağ qalıb. O sözlər məni çox incitdi. Sonra qohumlar, qonşular anama deyirdilər ki, belə etmə qızına da sonra bir şey olar. Görmürsən vəziyyəti yaxşı deyil. Yaşamaq, əlbəttə, lazımdır. Mən anamın özünə də deyirəm, mən də oturum ağlayım, səndə otur ağla, bizim axırımzı hara gedir. Onlar heç nə etmirlər ki, onsuzda Savalan yoxdur. Evdə gərək biri ailəni ayaqüstə saxlamağı bacarsın. Vəziyyət isə çox çətindir".

Savalan Cabbarovun məzar daşında yazılan şeir də ona məxsusdur. Hələ məktəbdə oxuyarkən şeir yazan Savalan "Şəhidlər"ə aşağıdakı şeiri həsr edib.

"Şəhidlərə qərənfillər dost olur
Bəzəyirlər şəhid qəbrlərini
Qərənfilin ömrü qısa olur
Hələ qönçə tutub çiçək açmamış,
Şəhidlər üçün özləri şəhid olur"

BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5543   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914