30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və s... bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür...
Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalıydı. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmİn gün öz ad gününü qeyd etməyə hazırlaşırdı. Amma 30 aprel günü akademiyanın 2-ci tədris binasında cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər güllələndi. Adi qatıq satandan tutmuş elmin yüksək dərəcəsinə çatmış professora qədər.. Ağıllarına belə gətirməzdilər ki, onların alın yazıları məhz bu yerdə qanla yazılıb, məhz bu gün onların adı ilə anılacaq.

Səhər tezdən Azərbaycan Dövlət Neft Aakademiyasının 2-ci korpusunun qarşısında nələrinsə baş verməsi barədə bizə ilk xəbər gəldi. Qaynar xəttimizə edilən zəngdən bildik ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz neft mədən" və "Neft mexanikası" fakültələrinin yerləşdiyi Akademiyanın 2-ci korpusunun qarşısında iki nəfər qan içində yerdə uzanıb. Dərhal operatorla birlikdə hadisə yerinə tələsdim. Yol boyu fikirləşirdim ki, yəqin tələbələr arasında yaranmış mübahisənin nəticəsi olaraq kimlərsə bıçaqlanıb. Amma binanın giriş pilləkənlərinə çatanda, gördüklərim məni şoka saldı.

Özümün, eləcə də bir çoxlarınızın ağlına gətirə bilmədiyi bir hadisə baş vermişdi. Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna silahlı basqın olmuşdu. Gözlənilməz hadisə Aakademiyada olanları təşvişə salmışdı. Hadisədən xəbər tutan hər kəs auditoriyaların qapılarını arxadan bağlayıb qatilin əlindən canını qurtarmaq üçün binanın pəncərələrindən boylanaraq qışqırıb kömək istəyirdi. Əli silahlının gözündən yayına bilən tələbə və müəllimlər çölə axışırdı. Böyük bir insan dalğasının arasından bir təhər keçib Akademiyaya girə bildim. Təhsil ocağının çöl pilləkənindən tutmuş yuxarı mərtəbələrinədək hər yer qan içində idi. Dəhlizdə yaralılar və cansız bədənlər var idi.

Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələyib…

Silahlı terrorçunun atdığı güllələr Akademiyanın müəllim və tələbələrinin əsasən baş və boyun nahiyəsindən dəymişdi. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri və hətta yeməkxanaya süd məhsulları gətirən bir xanım da var idi.

Hadisədən xəbər tutmuş polis və prokurorluq orqanlarının əməkdaşları, təcili tibbi yardım maşınları Akademiyaya səfərbər olmuşdular. Az keçmiş Akademiya xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındı. Snayperçi də hazır vəziyyətə gətirildi. Terrorçunun zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyata başlandı. Binanın 6-ci mərtəbəsində yerləşən auditoriyalardan birində gizlənən naməlum silahlı şəxs axtarılırdı. Bu vaxt ərzində isə güllə yarası almiş şəxslər binadan çıxarılırdı.

Elə aşağı mərtəbələrdə olan yaralılar binadan çıxarılan zaman məlum oldu ki, ələ keçəcəyini görən terrorçu 6-ci mərtəbədə baş nahiyəsindən bir dəfə atəş açmaqla özü-özünü öldürüb.

Gicgah nahiyəsindən aldığı güllə yarasından yerindəcə keçinən şəxsin 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu olduğu müəyyənləşdi. Fərda Qədirovun üzərindən isə "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürüldü. Təhlükə tam olaraq sovuşandan sonra isə Akademiyanın auditoriyalarında gizlənmiş tələbə və müəllim heyəti binadan evakuasiya olundu. Onlar hələ də nələrin baş verdiyni bilmirdilər. Yer göy qan içində, döşəmə və pilləkənlərdə uzanmış meyidlər…

Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları paytaxtın xəstəxanalarına, meyidxanalara axışırdı. Bu arada Akademiyanın tələbələri isə xeyli qan itirmiş yaralıları həyata qaytarmaq üçün qan verirdilər...

Günortadan sonra isə terrorçu Fərda Qədirovun atdığı gülləyə cəmi 25 nəfərin tuş gəldiyi tam olaraq dəqiqləşdi. Onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12 -si dünyasını dəyişdi.

Məlum oldu ki, qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü

Öldürülüb…

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,

Tələbələr

İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.

Qanlı hadisə zamanı ölənlərin içərisində isə ali təhsilini bitirməyə hazırlaşan, o cümlədən Akademiyanın partalarında oturmağa yenicə alışmış tələbələr, müəllim və elmi işçilər, laboratoriya müdiri, professor, dosent və hətta qatıq satan bir xanım da olub.

Hadisə zamanı ən çox güllə Cabbarov Savalan Allahverdi oğluna dəyib. Savalan 129 saylı orta məktəbdə və fizika riyaziyyat liseyində təhsil aldıqdan sonra 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. Qanlı hadisə günü Savalan terrorçuyla son anına qədər mübarizə aparıb.

Həmin zəngdən sonra Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırovla Taleh Məmmədov da Fərdanın atdığı güllələrə tuş gələrək can veriblər.

Talehi qara gələn tələbə Məmmədov Taleh Tariyel oğlu da hadisə zamanı dünyasını dəyişənlər sırasındadır. O, arzulayıb daxil olduğu ali təhsil ocağında qətlə yetirildi. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələndiyindən qanaxmanın qarşısını almaq mümkün olmayıb. Və bir neçə dəqiqədən sonra o keçinib. Kompüteri əla bilən Taleh kreditə aldığı noutbuku həmişə özüylə gəzdirirmiş. Elə həmin gün Talehin noutbuku da müəmmalı şəkildə Akademiyanin auditoriyasindan yoxa çıxıb.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı.
Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı, eləcə də mən. Mən bu dəhşətli faciəni demək olar ki, anbaan yaşadım. Allah bu anları bir də bizə yaşatmasın...

anspress.com


30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !30 Aprel Terroru - Unutmadıq, Unutmuruq, Unutmarıq !

Unudulmayan şəhidlərimizə Allah Rəhmət Etsin!!

30 Aprel Terroruna Həsr Olunmuş Sənədli Film:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14004   Tarix: 30 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

01.05.2024 214
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815