"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub" - Qubadakı biabırçı hadisə haqda

"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub" - Qubadakı biabırçı hadisə haqdaXəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Qubada 25 yaşlı qadın həyat yoldaşının əmisi oğlu tərəfindən qaçırılıb. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olub ki, qadın eşq yaşadığı kişi ilə öz razılığı əsasında qaçıb. Oktyabrın 22-də isə həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Milli mental dəyərləri nəzərə alsaq, hadisə namus üstündə baş verib. Qadını sevdiyi üçün qaçıran gənc oğlan öldürülüb. Onun qaçırdığı evli qadının ailəsi dağılıb. Hələ bundan sonra onun taleyini nələrin gözlədiyi məlum deyil. Ən əsası isə, qan qohumları arasında düşmənçilik toxumları səpilib.

"Öldürmək istənilən halda savadsızlıqdır"

Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev a24.az-a açıqlamasında evli qadının ərinin yaxın qohumu tərəfindən qaçırılmasını hüquqi tərəfdən şərh edib. O qeyd edib ki, istənilən halda sevdiyinə görə qızı qaçırdığı üçün gənc oğlanın öldürülməsinin əleyhinədir: "Təbii ki, onu qız tərəfinin yaxın qohum-əqrəbaları öldürüb. Bu hadisə namus və qeyrətlə əlaqələndirildiyi üçün baş verib. Əlbəttə ki, öldürməli deyildilər. Çünki qanun var, hüquq-mühafizə orqanları var. Ən azından şikayət edə bilərdilər ki, ailəli qadındır. Müəyyən olunmalıdır ki, zor tətbiq edilərək qaçırdılıb, yoxsa, könüllü olaraq qaçıblar. Yəni, müraciət etsəydilər, bütün bunlar araşdırılacaq və əsl həqiqət məlum olacaqdı, sonradan da belə ölüm hadisəsi baş verməyəcəkdi. Öldürmək istənilən halda düzgün yanaşma deyil, bu, savadsızlıqdır".

"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub"

M.Hacıyev evli qadının oğlanla qoşulub qaçmasının müxtəlif səbəblərinin olduğunu hesab edir. Ekspert düşünür ki, burada intim münasibətlər də, sevgi də rol oynaya bilər: "Bunlar sırf psixoloji amillərdir. Baxmayaraq ki, qız evli olub, amma onların arasında möhkəm bir sevgi və bağlılıq müşahidə olunub. Keçmişdə də belə hadisələr olurdu. Gənclər bir-birini sevirdilər, amma müəyyən məsələlər onların ailə qurmasını əngəlləyirdi. Sonradan onların başqa-başqa şəxslərlə ailə qurmasına baxmayaraq, bir-birilərinə olan sevgiləri davam edirdi. Yəni ki, iki şəxs arasında möhkəm sevgi macərasının qarşısı əngəllənəndə belə hadisələr olur. Bu da sırf psixoloji durumdan irəli gələn məsələlərdir. Burada yenə deyirəm ki, intim münasibətlər də rol ala bilər. Ola bilsin ki, Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub. Sonra görüb ki, üstü açıla bilər və qoşulub qaçıb".

"Bu, bizim üçün namus məsələsidir"

Ekspertin sözlərinə görə, evli qadının başqası tərəfindən qaçırılması birbaşa namus məsələsidir: "Azərbaycan Qafqaz ölkəsidir, müsəlman ölkəsidir. Biz türkdilli xalqıq, türkük. Bizim öz dəyərlərimiz və mentalitetlərimiz var. Eyni zamanda, xalq olaraq namus və qeyrət anlayışlarımız da mövcuddur. Təbii ki, belə hadisələrdə mentalitet də mütləq mənada rol oynayır. Bəlkə də, başqa yerlərdə buna normal baxırlar. Amma bu, bizim üçün namus məsələsidir".

"Qanunda milli mentalitet, şərəf, ləyaqət, namus və qeyrət nəzərə alınmır"

Keçmiş polis rəisi bildirib ki, hadisə namus üstündə baş versə də, qanun üçün fakt əsasdır: "Təbii ki, kişinin həyat yoldaşı başqası tərəfindən qaçırılıb və burada istər-istəməz namus məsələsi meydana gəlir. Amma bu, o demək deyil ki, qaçıran şəxs mütləq öldürülməlidir. Çünki qanun var, qayda var. Qanun da belə hadisələrə görə kiməsə güzəştə getmir. Qanunda milli mentalitet, şərəf, ləyaqət, namus və qeyrət nəzərə alınmır. Ancaq fakt nəzərə alınır ki, qəsdən adamöldürmə baş verib, yoxsa, verməyib? Bu, istənilən halda cinayətdir. Çünki ortadakı fakt odur ki, gənc oğlan öldürülüb. Özü də xüsusi amansızlıqla öldürüldüyü deyilir. Hələ ki, istintaq gedir və bu sonda müəyyən olunacaq. Amma qanun güzəştə getməsə də, istər-istəməz qanunun icrasını həyat keçirənlər mentalitet və namus məsələlərini düşünür. Ən azından, hadisənin namus üstündə törədildiyinə görə müttəhimlə humanistcəsinə davranmağa çalışırlar".

"Texnologiya üzərində qurulan sevgi səmimi deyil, intim münasibətlər üzərində qurulan bədən sevgisidir".

M.Hacıyev cəmiyyətdə bu kimi hadisələrin geniş vüsət almasını müasir zamanın və tenxologiyanın inkişaf etməsi ilə əlaqələndirib: "Təəssüf hissi ilə deyirəm ki, ölkəmizdə bu cür hadisələr artmağa başlayıb. Əvvəlki dövrlərdə belə hallar il ərzində barmaqlasayılası qədər olurdu. İndi isə ay ərzində bu cür hadisələri saymaq üçün barmaqlar kifayət etmir. Bu da hesab edirəm ki, müasir texnologiyanın inkişaf etməsindən və müasir zamandan irəli gələn məsələlərdir. Əvvəllər nə kompüter var idi, nə əl telefonu var idi, nə də sosial şəbəkə. İndi biri ona mesaj göndərir, o, şəklini buna göndərir. Bir qız oğlanla gizlində yazışır, danışır. Heç bir-birlərini görməyə-görməyə münasibət qururlar. Mən texnologiyadan yaranan sevgi münasibətlərinin vicdanlı olduğuna inanmıram. Bu, səmimi sevgi deyil, intim münasibətlər üzərində qurulan sevgi əsl sevgidir".

Qeyd edək ki, Qubada 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Nəticədə E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3226   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568