Övladını itirən xalq artisti onun məzarında göz yaşı tökdü: "Oğlum polis idi..." - FOTOLAR

Övladını itirən xalq artisti onun məzarında göz yaşı tökdü: "Oğlum polis idi..." - FOTOLAR
"Mən xoşbəxt insanam, bəxtəvərəm, çünki sənətkarlarla eyni səhnəni bölüşmüşəm, amma bir tərəfdən də bədbinəm, çünki cavan oğlumu itirmişəm".

BiG.AZ xəbər verir ki, bu sözləri "Nanəli" verilişində qonaq olan xalq artisti Səməd Səmədov deyib. Övladını itirən müğənni onun məzarını ziyarət edib:

"Oğlum 24 yaşında dünyasını dəyişdi. Həmin vaxt başım toylara qarışmışdı. Bakı-Moskva səfərlərində olurduq. Ailəmi çox az-az görürdüm. Bir ayda 28 toy yola verirdik. Mənim imkanım olmadı oğluma dəstək olum. Onun ölümündən çox sarsıntı keçirdim. Oğlum polis idi. Bir gün evə gələrkən içkili şəxslərlə davaya düşüb. Onları ayırmaq istəyərkən zərbədən dünyasını dəyişib".

Xalq artisti bildirib ki, oğlunun da onun kimi müğənni olmağını istəyib:

"Kaş mənim yolumla gedərdi, müğənni olardı. Çünki hər atanın arzusudur ki, onun övladı yaxşı yaşasın. Bəlkə də polis olmasaydı, o bədbəxt hadisə baş verməyəcəkdi, oğlum vəfat etməyəcəkdi. Allah rəhmət eləsin".

Ruida M.

Övladını itirən xalq artisti onun məzarında göz yaşı tökdü: "Oğlum polis idi..." - FOTOLAR
Övladını itirən xalq artisti onun məzarında göz yaşı tökdü: "Oğlum polis idi..." - FOTOLAR
Övladını itirən xalq artisti onun məzarında göz yaşı tökdü: "Oğlum polis idi..." - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 12508 Tarix: 23.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol