DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)

DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)Bakıda kənd təsərrüfatı məhsulların topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışı həyata keçirilir.

Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur. Daha dəqiq desək, ölkəyə hər gün Gürcüstan ermənilərindən satın alınan təxminən 250 ton kartof gətirilir. Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür.

Məlum olduğu kimi, Gürcüstanın cənubunda yerləşən Samtsixe-Cavaxeti diyarı və mərkəzi Axalkalaki şəhərinin əhalisi əsasən ermənilərdir. Buradakı iş adamları da erməni diasporunun aktiv dəstəkçiləri hesab olunur. Dünyanın istənilən nöqtəsində yaşayan hər hansı erməninin də Azərbaycana münasibəti artıq hər kəsə bəllidir. Onda belə çıxır ki, biz öz əlimizlə erməni diaporunun varlanmasına, güclənməsinə dəstək oluruq. 4-5 işbazın "alveri" yaxşı gedəcək deyə, ölkədən milyonlarla manat vəsaiti erməni diasporunun cibinə axıdırıq.

DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)Digər tərəfdən, ölkənin qida təhlükəsizliyi də təhlükə altına düşür. Bu kartoflar vasitəsi ilə Azərbaycana hansısa təhlükəli xəstəliklərin, virusların ötürülməyəcəyinə kim təminat verə bilər? "Qırmızı körpü"də kartof daşıyan yük avtomobillərini yoxlamaq üçün qapının ağzındakı kisələrdən ara-sıra bir-iki nümunə götürüb yoxlamaqla kifayətlənən Qida Təhlükəsizliyi Agentliyimi?

Bəlkə "Qırmızı Körpü" gömrük postunun, Tovuz Gömrük İdarəsinin və ya Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi?

Maraqlıdır ki, Gürcüstan özü kartof tələbatını heç yarısını ödəyə bilmir və kartofun 50 faizini Türkiyədən idxal edir. Belə olduğu halda, sual yaranır: görəsən Gürcüstan ermənilərini öz kartoflarını daha ucuz qiymətlərlə (15-20 qəpik), həm də kütləvi surətdə Azərbaycana satmağa sövq edən səbəblər hansılardır?

Və ya, Rusiya, Ukrayna. Belarus kimi alternativ, həm də sərfəli variantlar olduğu halda, məhz erməni kartoflarını kütləvi sürətdə ölkəyə gətirib, bütün Azərbaycana yedizdirən 4-5 yerli işbazın hədəfləri, maraqları nədir?

Bazarlarda kiçik bir reydimiz zamanı da maraqlı məqamların şahidi olduq. Yük avtomobillərinin sahibləri, satıcılar özləri də qeyri-rəsmi söhbətlərimizdə məhsulun məhz "erməni kartofu" olduğunu gizlətmədilər.

Bu məhsullar Axalkalakidə əsas topdançılar olan Artu, Aşot, Levon, Karen və Arnik adlı erməni işbazlardan alınır. Maraqlı məqam odur ki, Axalkalakidə böyük anbarları olan Artuş (soyadını dəqiləşdirə bilmədik- red.) və başqalarının anbarlarında həm də Ermənistandan gətirilən kartoflar saxlanılır və oradan da Azərbaycandan gələn yük avtomobillərinə yüklənilir.

DİQQƏT! Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)Göründüyü kimi, mövzu təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Ümid edirik ki, aidiyyatı qurumlar qaldırdığımız mövzuya ciddi yanaşaraq, dərhal məsələyə müdaxilə edəcək və ən azı, Gürcüstandan kartof idxalının qarşısını alcaqlar.

Yoxsa, ölkənin əsas strateji məhsullarından hesab olunan və hər evdə gündəlik istifadə olunan kartofun "ölüm virusu"na çevrilməsi təhlükəsi var.

mənbə: qaynarinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1762   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 730
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 170
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1186
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 592
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 375
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 164
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 47
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 169
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 264