Məleykə Abbaszadənin qızı açıqlama verdi

Məleykə Abbaszadənin qızı açıqlama verdiBakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin aparıcıları məlum olandan bəri 3 aparıcıdan biri olan Nərgizin kimliyi hər kəsdə maraq oyadıb. Digər aparıcılar Eldar Qasımov və Leyla Əliyeva artıq yetərincə məşhur olduqlarından Nərgiz Birk-Peterseni yaxından tanımaq istədik. Nərgizin siması tamaşaçıya 25 yanvarda Bakıda keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsinin püşkatmasından tanışdır. Amma iki həftə öncəyədək adı və soyadı Azərbaycan auditoriyasına belə tanış olmayan Nərgizin kimliyi haqqında artıq müxtəlif fikirlər səslənir. Onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin doğma qızı olduğu da yazılıb. Bütün bunlara aydınlıq gətirmək üçün ANS PRESS Nərgiz Birk-Petersenlə müsahibə edib:

-Nərgiz xanım, deyilənlərə görə Məleykə Abbaszadənin qızısınız. Bu doğrudur?
-Bəli, doğrudur.

-Bəs, Birk-Petersen soyadı haradandır?
-Mənim yoldaşım danimarkalıdır, onun soyadını götürmüşəm.

-Harada yaşayırsınız?
-Danimarkada yaşayıram.

-Necə oldu "Eurovision 2012"nin aparıcısı seçildiniz? Təklif kim tərəfindən edildi?
-Azərbaycan müsabiqədə qələbə çalan gündən çox istəyirdim ki, mən də Bakıda keçiriləcək "Eurovision"un kiçik bir hissəsi olum. Elə oldu ki, kastinqlər keçirildi, mən seçildim və "Eurovision"un böyük parçası oldum. Çox şadam ki, belə bir böyük müsabiqənin aparıcısı olacam. İnanın ki, hələ də buna inana bilmirəm.

-Müsabiqəyə hazırlıq prosesi necə gedir?
-Çox gərgin, ciddi hazırlıqlar gedir. Bizimlə böyük bir komanda işləyir. Burada sadəcə aparıcılıq deyil, böyük səhnəyə, böyük auditoriyaya psixoloji hazırlıq prosesi gedir. Xarici görünüşümüz, səhnə geyimimiz üzərində də işləyirlər. Səhər saat 8-dən evdən çıxıram, evə isə çox gec dönürəm. Bütün günü məşq, çəkilişlər, müsahibələr… Amma bu bizə çox xoşdur. Bizi çəkib tanıtmaq istəyənlərə təşəkkürümüzü bildiririk.

-Səhnə geyiminiz necə olacaq?
-Hələ dəqiqləşməyib, heç nə deyə bilmərəm.

-Sizə uğurlar arzulayırıq.
-Çox sağ olun.

Qeyd edək ki, Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Təhsilini Amerikada davam etdirərək orada hüquq təhsili alıb. Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. Tələbəlik illərində Xəzər Unversitetinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. O, həmçinin bir müddət model kimi də çalışıb.
Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurduqdan sonra özü də Danimarka vətəndaşlığını qəbul edib. İki uşaq anası olan Nərgiz, həyat yoldaşının soyadını götürüb və hazırda Kopenhagendə yaşayır. İngilis, rus və danimarka dillərini bilir.
Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020" Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində cixis edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 16679   Tarix: 28 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164