Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür? - VİDEO

Azərbaycanda insanlar ən çox hansı xəstəlikdən ölür? - VİDEODünyada hər il 50 milyondan artıq insan xəstəliklər və bədbəxt hadisələr nəticəsində həyatını itirir. Ölüm hallarının, demək olar ki, yarıdan çoxu tibbi səbəblərdən, qeyri-infeksion xəstəliklərdən baş verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2017-ci ildə əhalinin hər 100 min nəfərindən 586,7-si müxtəlif xəstəliklərdən dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, Həkim Vasif İsmayıl Baku TV-yə açıqlamasında ölkə əhalisinin ölümünə səbəb olan xəstəliklərdən danışıb.

O bildirib ki, Azərbaycanda insanların ölümünə səbəb ən çox ürək-damar xəstəlikləridir. Təkcə ötən ilin statistikası onu göstərir ki, əhalinin hər 100 min nəfərindən 345,8-i bu xəstəlikdən həyatını itirib:

"Azərbaycanda insanların ölümünə səbəb ən çox ürək-damar xəstəlikləridir. Əvvəllər bundan xəstə itirilmələri çox olurdu, amma indi on ildən çoxdur ki, kardioloji xidmət təkmilləşdi və ölüm sayları azaldı. Amma bu, o demək deyil ki, bu xəstəliklərin görülmə sıxlığı azaldı. Lakin indi biz bu xəstəliklərə mübarizə aparmağı daha yaxşı öyrənmişik.

Amma yenə də ən çox görülən ürək-damar xəstəlikləridir. Ən çox ölüm halları da ürək-damar çatışmazlığından, infarktdan olur. Bunun isə müxtəlif səbəbləri var. Bəzi xəstələr var ki, biz onları, ümumiyyətlə, qurtara bilmirik. Bəziləri də var ki, onların qulluğu çox çətin olur. Ürək-damar xəstəliklərinin altında yatan əsas səbəb qocalmaq, qidalanma və həyat tərzi problemləridir".

O, onkoloji xəstəliklərin sayının artdığını da qeyd edib:

"Bunun səbəblərindən biri də insan ömrünün uzanmasıdır. Bəzi onkoloji xəstəliklər ətraf mühitdən çox artırlar. Bu, bütün dünyanın tendensiyasıdır".

Müsahibimiz xəstəliklərin əsas səbəbini düzgün qidalanmamaqla əsaslandırıb:

"Qida mümkün olduğu qədər təbii, az işlənmiş və ilkin halına yaxın, sadə, çoban yeməyinə yaxın olmalıdır və daha çox hərəkət etmək lazımdır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə deyib ki, əhalinin qida təhlükəsizliyinin əsaslarından biri qidanın keyfiyyətli və təhlükəsiz olmasıdır:

"Qidaların keyfiyyətli və təhlükəsiz olması standartlaşdırmaya uyğun hazırlanma, saxlanma, daşınma, qablaşdırılma və satış yerlərində düzgün nəzarətdən asılıdır. Azərbaycana gətirilən məhsullarda sağlamlığa zidd maddə görülərsə, satışa qadağa qoyulur".

Sağlam bədən və ruh insana verilən ən böyük nemətdir. Odur ki, sağlamlığınızı əldən verməyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 574   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870