Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazırİtalyanlar Fərhad Əhmədovu məhkəməyə verməyə hazırlaşırlar.

Open.az xəbər verir ki, Rusiya mətbuatı "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti biznesmenin villalarının tikintisi üzrə bir sıra müqavilə itirib "Forbes" jurnalının reytinqinə düşən rusiyalı oliqarx Fərhad Əhmədov və İtaliyanın məşhur "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti tikinti məsələsində razılığa gələ bilmədiyini yazıb.

İtalyanların vəkili olan Kamandar Nəsibovun sözlərinə görə, Əhmədov daha ucuz qiymətə işçilər tutmağa qərar verib və avropalı inşaatçıları villasından ödəniş etmədən qovub. Əhmədov həmçinin onların tikinti sahəsinə girişini məhdudlaşdırıb və etiraz məktubu göndərib. Şirkət nümayəndələri "News.ru"ya bildiriblər ki, cavab addımları hazırlayırlar, başqa sözlə, prokurorluqa müraciət edib oliqarxı məhkəməyə verməyə hazırlaşırlar.

"Paghera" şirkəti İtaliyanın Verona şəhərində beşulduzlu "Byblos" hotelinin landşaftı ilə məşğul olub, Türkiyədə "Rixos" hotel kompleksinin ərazisində uyğunlaşdırma işləri aparıb, Toskanada "L'Andana" beşulduzlu hotelinin bağını layihələşdirib, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin iqamətgahında, eləcə də İtaliyanın keçmiş baş nazir Silvio Berluskoninin malikanəsində və rusiyalı oliqarx Roman Abramoviçin iqamətgahında işlər görüb. Məşhur romalı hip-hop ifaçısı Fedez sosial şəbəkələrdə "Paghera"nı reklam edib. Amma Xəzər dənizi sahilindəki lüks malikanənin sahibi italyan dizaynerlərin işlərini diletantlıq hesab edib və onları inşaat sahəsindən qovub. İnşaatçılar isə hesab edirlər ki, oliqarx sadəcə, qənaət etmək istəyib: işin ən çətin mərhələsində onların xidmətindən yararlanıb və yalnız başlanılanı sona çatdırmaq lazım olan yekun mərhələdə ucuz işçilər tapıb, xarici şirkətə ödəniş həyata keçirməkdən isə imtina edib. Bundan əlavə, villa ərazisində şirkətin bahalı texnikası qalıb.

Əhmədovla və İtaliya şirkətinin son müqaviləsi 5 milyon 370 min 364 avroluq idi. Müqaviləyə əsasən, oliqarx bu məbləğin 30%-ni əvvəlcədən beh kimi, 30%-ni malın İtaliyada yüklənməsindən sonra, 30%-ni materialların gətirilməsindən sonra, 10%-ni isə işlərin başa çatmasından sonra ödəməli idi. "Paghera" şirkətinin nümayəndəsi "News.ru"ya bildirib ki, iş adamı bu şərtləri yerinə yetirməyib. "Onlar ilk müqavilə üzrə 90% ödəniş ediblər, ikinci müqavilə üzrə isə 60%. Nəticədə ilk müqavilədən 10%, ikincidən isə 40% qalıb. Ümumilikdə təxminən üç milyona yaxın vəsait alınır", - şirkət nümayəndəsi deyib.

"News.ru" dəfələrlə Əhmədovdan və ya vəkillərindən şərh almağa çalışıb, lakin redaksiya bunu bacara bilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281