Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olundu

Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olunduAzərbaycanda bağça müdiri, müdirin müavini və bağçanın işçisi barəsində cinayət işi başlanılıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin şəxslərdən - Aləmzar Əliyeva barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məlumata görə, T.Bağırova və müdir müavini A. Əliyeva "Şamaxinka" adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.

Cinayət işində 19 zərərçəkmiş var.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə oktyabrın 22-də başlayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 179
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 239
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 95
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 133
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 2
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 2
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 77
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 289