"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa...

"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa..."Təhminə və Zaur" serialının rejissoru Sain Qəhrəman Xalq yazıçısı Anarın "Serialı "Təhminə və Zaur" yox, "Tahir və Zöhrə" adlandırardılar" iradına cavab verib.

BiG.AZ xəbər verir ki, rejissor ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, sözgedən ekran işi öncədən yazıçıyla razılaşdırılıb:

"Anar müəlim böyük sənətkarımızdır, hamımızın hörməti var. Biz onun povestinin motivləri əsasında serial çəkirik. Serialdan anlayışı olan şəxs bilir ki, bu necə çəkilir, necə yazılır. Türklər də, dünyanın digər ölkələrinin rejissoru da serialı belə çəkirlər. Sözün açığı, onun əsərlərinə qoyulan tamaşalardan da xoşu gəlmir".

Jurnalistin ""Təhminə və Zaur" serialın populyarlıq qazanması naminə seçilmiş addırmı" sualına rejissor belə cavab verib:

"Populyarlıq boş şeydir. İndi filan adla reytinq qazanacağam, populyarlıq əldə edəcəyəm kimi şey yoxdur. Sabah yerindən duran hansısa ssenarist elə bir şey yazar ki, bütün əsərləri əzib keçər. Serial gündəlik tələbatdır, insanların baxa biləcəyi bir şeydir. Ssenari müəlliflərinin təklifiylə ortaq qərara gəlib, bu adı seçmişik. Mənim də iştirakımla Anar müəllimlə görüşümüz oldu, tretmantı ona göstərdik, xeyir-dua verdi. Ona hörmətsizlik etməmişik və etmərik də. Qarşıda iki yüz bölüm var. Təbii ki, iki yüz bölüm davam etməsi üçün orada nəsə baş verməlidir. Onun yazdığı isə cəmi bir bölümlükdür. Özünə də demişdik ki, hadisələri genişləndirəcəyik. Serialda Təhminə və Zaur problemiylə yanaşı, bir neçə problem də qoymuşuq. Biz əgər serialda Anar bəyin yazdıqlarının motivlərini çəkib, adını "Tahir və Zöhrə" qoysaydıq, bu, hörmətsizlik olardı. Görüşümüzdə də qonorar söhbəti olmayıb. Hətta qonorar tələbi olarsa, bu işlə mən məşğul olmuram. Mənim işim seriala quruluş verməkdir".
Qeyd edək ki, Xalq yazıçısı Anar "525-ci qəzet"ə açıqlamasında müəllifi olduğu "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında lentə alınan ekran işini tənqid edib. O bildirib ki, serialın ssenarisi ona göstərilməyib:

"Ssenarini (əgər o doğrudan da vardırsa) mənə göstərmədilər. Bir müddət sonra eşitdim ki, hazır filmi TV kanalı nümayiş etdirir. Bir seriyasına baxdım və bu mənə bəs elədi. Tam məsuliyyətlə bəyan edirəm ki, bu serialın mənə, mənim əsərimə heç bir dəxli yoxdur. Serialın adı, dediyim kimi, pyesimdən alınıbdırsa da, personajlar romanın qəhrəmanlarının adlarını daşıyırlarsa da, bu serialda tamamilə başqa hadisələr cərəyan edir, tamam başqa süjet qurulub (əgər buna süjet demək olarsa), xarakterlər bambaşqadır, mənim obrazlarıma qardaş-bacılar, qohum-əqraba uydurublar, bir sözlə, təlqin olunan fikirlər, ideya, məzmun, davranış və danışıq tərzi mənim mətnlərimdən yer-göy qədər fərqlidirlər. Odur ki, bir daha təkrar etməyə məcburam, "Təhminə və Zaur" adıyla teleekrana çıxarılanların çırpışdırılmış adlardan başqa mənim əsərimə heç bir aidiyyatı yoxdur. Bu əsəri, məsələn, "Tahir və Zöhrə" də adlandırmaq olardı. Bəzi tanışlarım məsləhət görürdülər ki, müəllifləri bu pirat hərəkətlərinə görə məkəməyə verim. Razı olmadım, bunu etsəydim, dolayı yolla bu əsərin nə şəkildəsə mənə aid olduğunu etiraf etmiş olardım. Filmin bədii səviyyəsinə gəlincə, yalnız bir seriyasına baxmaqla özgələrin işinə qiymət vermək istəmirəm. Serialın başqa bölümlərinə baxmamışam və baxmağa da nə niyyətim, nə həvəsim var".

Xatırladaq ki, quruluşçu rejissoru Sain Qəhrəman olan serialda Təhminə obrazını Natavan Ələkbərova, Zaur rolunu Cövdət Şükürov, Spartakı isə Cavidan Novruz oynayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1542   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 714
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2202
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

11:54 754
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər ünvanlayıblar. Həmin paylaşımı təqdim edirik:

21.04.2024 10557
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 520
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1326
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 4676
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1037
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 815