"Öz dilini sevmədən, başqa dili də sevə bilməzsən" - Deputatların rus dili müzakirəsi səngimir

"Öz dilini sevmədən, başqa dili də sevə bilməzsən" - Deputatların rus dili müzakirəsi səngimirAzərbaycanda hər zaman bütün dillərə, o cümlədən, rus dilinə hörmət, ehtiram olub. Dil öyrənmək, çox dil bilmək məsələsində heç kim heç kimə müdaxilə etməyib, qarşısını almayıb, əksinə, bunun üçün hər cür şərait yaradılıb.

Azərbaycanda bu gün müxtəlif dillərdə tədris prosesi keçirən orta ümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki, Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır, gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında şair, millət vəkili Tahir Rza deyib.

O bildirib ki, ana dili, dövlət dili müqəddəsdir, onu nə iləsə əvəzləmək, eyniləşdirmək olmaz.

Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağı özünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilən hal deyil:

"Hər bir millət, hər bir toplum öz dilini mükəmməl şəkildə öyrənməli və bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən, başqa dili də sevə bilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki, bizdə də dədə-babadan qalma bu prinsip daim gözlənilməli və ona əməl edilməlidir.

Azərbaycanda ana dilinə dövlət, ölkə rəhbərliyi səviyyəsində necə böyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görə ana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolu təhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir.

Valideynlərin övladlarının rus dilində təhsil almalarını istəməsini anlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifrata varmaq, əndazəni aşmaq olmaz. Bu, bəhsləşməyin yeri deyil.

Valideynlərimiz, insanlarımız öz dilimizin keşikçisi və qayğıkeşi olmalıdırlar və bu baxımdan, deputat həmkarım Gövhər Baxşəliyevanın fikirlərini yanlış səmtə yozmaq düzgün deyil.

Onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycanda təhsil ana dilimizdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dilləri mənimsəmək hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedə bilməz və getməməlidir".

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycanda dövlət, ana dilinə münasibət birmənalıdır, bu məsələdə mərhum dövlət başçısı Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prinsipial mövqeyi ortadadır.

Deputatın sözlərinə görə, hər iki şəxs Azərbaycan, dövlət dilində mükəmməl danışmaqla, insanlara nümunədirlər:

"Onlar hər birimizə bu məsələdə nümunədirlər. Odur ki, mənəvi haqqımız yoxdur ki, öz dilimizə başqa gözlə baxaq, ona biganə olaq. Həmçinin, dövlət dilimizə, Azərbaycan dilinə, Azərbaycan türkcəsinə hörmət və ehtiram bizim övladlıq, vətəndaşlıq borcumuzdur.

Bu ölkənin vətəndaşıyıqsa, bu torpağın üzərində gəziriksə, onun suyunu içib, havasını udub, çörəyini yeyiriksə, o zaman onun dilinə də hörmət bizim boynumuzun borcudur. Burada ikinci mövqe, ikinci yanaşma ola bilməz.

Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda bütün dillərə, o cümlədən, rus dilinə hörmət və ehtiram nümayiş etdirməklə, öz dilimizə, onun inkişafına, gələcək nəslin məhz bu dildə və bu ruhda böyüdülməsinə ciddi fikir və diqqət yetirməliyik. Bu məsələnin kökü isə təhsildən, tədrisdən başlayır.

Hesab edirəm ki, təhsilin öz dilimizdə olması daha öndə olmalıdır. Nəzərə almalıyıq ki, dünyada milyonlarla azərbaycanlı, Azərbaycan türkü var. Xüsusilə də, Güney Azərbaycanda 30 milyondan artıq soydaşımız yaşayır.

Onlarla bağlılığımızın, mənəvi, mədəni əlaqələrimizin, tellərimizin qırılmaması üçün məhz öz dilimizə, onun inkişafına, tədrisinə böyük önəm verməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672