Bədənin ən mistik orqanının sirri – Göbəyinə baxıb, həyatını öyrən

Bədənin ən mistik orqanının sirri – Göbəyinə baxıb, həyatını öyrənİnsan göbəyini kosmos və kainatla əlaqəli olan energetim mərkəz kimi təqdim edirlər. Göbək ana ilə, əcdadlarla bağlılıq missiyasını daşıyır.
Düzdür, həkim və alimlər üçün bunlar boş cəfəngiyyatdır, göbək sadəcə orqandır.
İnsan göbəyə ən təhlükəsiz, ağrımayan bir dəlik kimi baxır, amma göbəyin özü belə təhlükə mənbəyi ola bilər.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, göbək ana bətnində inkişaf edən dölün ilk qida, oksigen kanalı və ilk bağırsağıdır. Göbəkdən arteriyalar, venalar, öd yolu, sidik yolu və s. keçir. Doğuma yaxın bunlar itir.

Elə heyvanlar var ki, onlarda göbək olmur, məsələn yumurta ilə çoxalanlar, exidna və kenquru.

Göbəyin forması nədən formalaşır?

Yer kürəsi əhalisinin 4-8% -də qabarmış, irəli çıxmış göbək mövcuddur, el arasında buna pirtlamış düşbərə də deyilir.
Qalan insanların göbəyi dərindədir, qarında dəlik kimi görünür. Göbəyin hansı forma alması mamaçadan və göbək ciyəsini kəsməkdən asılı deyil.

Göbək insanın gücünü göstərir

Aparılan tədqiqatlar göstərir ki, göbəyin yerləşməsi həmin insanın qaçış və üzgücülük, idman bacarıqlarını təyin edir. Çünki göbək insan bədənin ağırlıq mərkəzidir. Zənci nəmşəli idmançıların, xüsusən qaçış üzrə atletlərin göbəyi adətən normadan 3 sm yuxarıda yerləşir.

Bəzən körpədə anadangəlmə göbək anomaliyası olur, qarının dərisi göbək hissəyə keçir və qalın dərialtı göbək forması yaranır.
Ola da bilər ki, uşaq göbəkdə kiçik və ya böyük zədələrlə doğulsun. Buna səbəb ağırlaşmış və gec hamiləlik, asçit, omfalit - göbək toxumasının iltihabı, göbək yırtığı aiddir. Bu hallarda həkim və uşaq cərrahı müdaxiləsi vacibdir. Göbək yırtığında umbilikoplastika adlı əməliyyat olunur.

5 yaşına kimi çox uşaqlarda cölə çıxmış göbək sonradan içəri gizlənə bilər.

Omfilomantiya nədir?

Çinlilər inanır ki, qadın nə qədər çox uşaq doğursa, onun göbəyi bir o qədər dərinə keçir. Omfilomantiya insanın göbək formasına görə xarakterizə olunub tanınmasıdır. Hətta göbəyə görə insanın nə qədər, necə yaşamasını da bilmək olurmuş.

Çölə çıxan pırtlaq göbək - inadcıl, diqqət mərkəzində olan, ram olmayan, optimist insanlarda olur. Onlar 72 yaşa kimi yaşayır. Həyatları pis olmur.

REKLAM

www.facebook.com

Daha ətraflı
Native Video by Adributor

Dərin və yumru göbək - ciddi, utancaq, sirli, ətrafdakılara dərdini deməyən, işgüzar insanlardır. Özündən çox digərlərini sevir, ürəyi genişdir, buna görə 80 yaşını keçirlər.

Vertikal yerləşmiş göbək - əliaçıq, etibarlı, pul qazanan insandır. Təxminən 75 il yaşayır.

Horizontal, uzun xətt kimi göbək - çətin, çoxtərəfli, insanlara güvənməyən, qapalı adamlardır. 67 yaşa kimi ömür sürə bilir

Mərkəzdən bir qədər yayınmış assimmetrik göbək - əlvan, şən, emosional, əhvalı tez dəyişən, məclislərin gözü adamdır. 70 yaşa kimi yaşayır.

Yumurtavari göbək - hiperaktiv, səbrsiz, həssasdırlar. Darıxırlar. 65 il yaşayırlar.

Omfilomantiya şərqdə yaranıb, heç bir elmi bağlılığı yoxdur. Amma insanlar tərəfindən maraqla qarşılanır.

Göbək xəstələnirmi?

Göbək üçün ən təhlükəli məqamlar bakterial və göbələk infeksiyalarıdır. Ortastatistik insanın göbək nahiyəsində 70 adda bakteriya var. Əgər göbəyi yumasaz, gigiyenaslna əməl etməsəz, bakteriyalar aktivləşib infeksiya törədə bilər. Bu zaman göbəkdə içəridə və üstündə ağrılı, içi irinli şişkinlik yaranır. Belə simptom göbəyini deşdirib pirsinq etdirənlərdə də yaranır.

Ateroma - göbəkdə yaranan kistdir. Xoşxassəli törəmədir, çox vaxt anadangəlmə olur.

Omfalosel - embrional göbək yırtığıdır, hələ ana bətnində yaranır. Bu zaman dölün bağırsaqları, qaraciyər və orqanları bədəndən kənarda, yırtıq kisəsində toplanır.bunun səbəbi genetik mutasiyalardır. Uşaq doğularsa cərrahi əməliyyat olunur.

Əgər göbəyinizdə qızartı, keçməyən qaşıntı, şişkinlik, ağrı hiss etsəniz, ona toxunmadan, heç bir maz, sarğı, dərmanla eksperiment etmədən, həkimə müraciət edin.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1781   Tarix: 14 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID keçirmiş insanlarda qan laxtalanır - Həkimdən xəbərdarlıq

COVID-19-dan sonra yaranan mikrotromblar barədə xəbərdar edilib. BİG.AZ xəbər verir ki, rusiyalı həkim Pavel Traxtman bildirib ki, virusun təsiri ilə qan damarlarında yapışqan mikrotromblar əmələ gələ bilər. Bu tromblar kapilyarları tıxayaraq toxumalara oksigen və qida maddələrinin çatdırılmasını çətinləşdirir

05.12.2025 515
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

01.12.2025 557
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29.11.2025 418
.

2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq

Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari

30.11.2025 420
.

Qəhvə Altsheymer xəstəliyindən xilas edə bilər - Yeni ARAŞDIRMA

Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib. Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanı

07.12.2025 292
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13.12.2025 274
.

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər. bu xəstəliklə bağlı məlumatları təqdim edir:. Əgər üzünüzün "həddindən artıq solğun" göründüyün

07.12.2025 373
.

Musiqi təkcə ruhun qidası deyilmiş... - Yeni tədqiqat

Musiqi dinləmək boş vaxtı dəyərləndirməyin ən gözəl yollarından biri hesab olunsa da, əslində beynin sağlamlığını qoruyan xüsusiyyətləri də özündə ehtiva edir. Qaynarinfo xəbər verir ki, Monaş Universitetinin apardığı tədqiqat da bu fikri təsdiqləyir. Musiqi dinləmək bir çox insan üçün dünyanın səs-küyündə

05.12.2025 428
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14.12.2025 525
.

TOP MP3