Azərbaycanda son 11 ay ərzində 849 qida zəhərlənməsi hadisəsi qeydə alınıb

Azərbaycanda son 11 ay ərzində 849 qida zəhərlənməsi hadisəsi qeydə alınıb

Onlardan 2-si ölümlə nəticələnib
Mütəxəssislərin sözlərinə görə zəhərlənmə hallarına daha çox azyaşlılar və yaşlı nəslin nümayəndələri arasında rast gəlinir. Bu da orqanizmin immunitetinin zəif olması ilə bağlıdır. Beləki araşdırmalara görə ötən il ərzində Azərbaycanda 644 qida zəhərlənməsi faktı qeydə alınıb, 768 nəfər isə zəhərlənməyə məruz qalıb. Onlardan 2-si ölümlə nəticələnib. Bu ilin son 11 ayı ərzində isə 849 qida zəhərlənməsi hadisəsi baş verib.

Zəhərlənməni yarada biləcək məhsullar sırasında tez xarab olan balıq, süd, ət məhsulları üstünlük təşkil edir. Lakin bu bəzən mövsümə görə dəyişir. Beləki qışda ən çox zəhərlənmə halları konservləşdirilmiş məhsullardan, əsasən də göbələklərdən və hazır alınan qidalardan yaranır.

Zəhərlənmənin ilkin əlamətləri yüksək temperatur, ishal, halsızlıq və iştahsızlıqdır. Zəhərlənmə halları ilə rastlaşanlara isə mayeni çox qəbul etmək tövsiyə olunur.
Sağlam bədəndə sağlam ruh olar deyirlər. Sağlamlığımızın əsas mənbəyi isə necə qidalanmağımızdan asılıdı. Odur ki, sağlam qalmaq üçün düzgün qidalanmaq lazımdı.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2044 Tarix: 15.08.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol