Hündür yerdən dənizə baş vurdu, boynu qırılıb öldü - Sumqayıtda faciə

Hündür yerdən dənizə baş vurdu, boynu qırılıb öldü - Sumqayıtda faciə
Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

BiG.AZ report-a istinadən bildirir ki, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.

Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 895 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol