76 yaşlı şəkər xəstəsi çarpayıdan yıxılıb öldü

76 yaşlı şəkər xəstəsi çarpayıdan yıxılıb öldü
İmişli rayonunda qadın evində yıxılaraq ölüb.

BiG.AZ trend-ə istinadən bildirir ki, İmişli rayon sakini, 1942-ci il təvəllüdlü Cabbarova Leyla Sərkər qızı yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. Yaxınları xəstəni İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

L.Cabbarova xəstəxanada dünyasını dəyişib.

Ailə üzvlərinin dediyinə görə, L. Cabbarova uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib və yataq xəstəsi olub.

Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 381 Tarix: 12.10.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol