Deputat: Prezident gənc nəsli İrəvanı qaytarmaq üçün hazırlayır

Deputat: Prezident gənc nəsli İrəvanı qaytarmaq üçün hazırlayırPrezident İlham Əliyev "İrəvan bizim tarixi torpaqlarımızdır, Zəngəzurun itirilməsi yanlış addım olub" deməklə həmin ərazilərin geri qaytarılması uğrunda cəmiyyəti, gəncnəsli kökləmək istəyir, ona hazırlayır.

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Zahid Oruc azərbaycanlıların Ermənistan SSR-dən 1988-89-cu illərdə deportasiya edilməsinin növbəti ildönümü ilə bağlı danışarkən deyib.

Bu, böyük bir siyasətdir

Onun sözlərinə görə, deportasiya Azərbaycan tarixinin son 100 ilinin ən ağrılı hissəsidir: "Çünki bütün bəlalar insanlarımızın doğma yurdlarından didərgin düşməsi ilə başlayıb. Bu, böyük bir siyasətdir. İmperiyalar arasında savaşın tərkib hissəsi olub. Tarixin müxtəlif dönəmlərində, ayrı-ayrı formasiyalarda, müxtəlif ideologiyalı dövlətlərin meydana çıxması və ya dağılması fonunda tarixdə özünə yer edib və təəssüf ki, onun ən böyük zərbələrini azərbaycanlılar yaşayıblar".

Bizim qədər öz ev-eşiyindən kənara düşən xalq müqayisə olunmayacaq dərəcədə azdır

Millət vəkilinin fikrincə, coğrafiya ilə ölçsək bizim qədər öz ev-eşiyindən kənara düşən xalq müqayisə olunmayacaq dərəcədə azdır: "Bəlkə onunla hazırda Suriyada beynəlxalq qüvvələrin, kənar güclərin apardığı savaşın nəticəsində qaçqın vəziyyətinə düşən on milyonlarla insan müqayisə edilə bilər. Hətta II Dünya müharibəsi nəticəsində bu qədər insan torpaqlarından kənarda yaşamağa məhkum edilmir".

Qaçqınqlıq az qala milli həyatın hissəsinə çevrilib

Z. Oruc qeyd edib ki, əvvəlki müharibələr də deportasiyalar ilə başlayıb: "Müharibələrin nəticəsi isə köçkünlüyü və qaçqınlığı doğurub. Sanki qaçqınqlıq bizim üzərimizdə az qala milli həyatın hissəsinə çevrilib. Amma yenə də xalqımızın müəyyən dayanıqlı toxunulmaz hissəsi öz mənafeləri uğrunda mübarizə apararaq özlərini qoruya bilib, tarixin ən həlledici məqamlarında silaha sarılıb, insan, abidə və torpaq kimi itkilərə baxmayaraq, bütövlükdə əraziləri özlərində qoruyub saxlayıb".

Azərbaycanlıların deportasiyasını beynəlxalq məkanda qiymətləndirə bilməmişik

Deputatın sözlərinə görə, azərbaycanlıların deportasiyasını beynəlxalq məkanda qiymətləndirə bilməmişik: "Təəssüflər olsun ki, bu istiqamətdə uzun illər aparılan böyük işlərə rəğmən, xüsusi ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə azərbaycanlıların soyqrımı və deportasiyasilə ilə əlaqədar verdiyi fərmanlar və qərarlarla onun dövlət siyasətinin ana xəttinə çevrilməsinə baxmayaraq, BMT, ATƏT və ya Avropa Şurası çərçivəsində bu hadisəyə hüquqi və siyasi qiymət verilməyib. Bunun nəticəsi olaraq insanlarımıza dəyən milyardlarla dollar ziyanın ödənilməsi istiqamətində addımlar atılmayıb".

Bu, avtomatik olaraq Azərbaycanın Qarabağ məsələsində mövqeyini gücləndirəcək

Millət vəkili vurğulayıb ki, ermənilər bunu müharibənin qarşılıqlı bir predmentinə çeviriblər: "Yəni siz deportasiya ilə əlaqədar məsələləri insan haqları məhkəməsində qaldırsanız, müraciət etsəniz, avtomatik olaraq Bakıdan, Sumqayıtdan və digər rayonlardan olan ermənilərlə bağlı məsələləri də biz qaldıracağıq. Beləliklə də bu, beynəlxalq məhkəmələrdə belə davam edəcək və faydası olmayacaq. Ermənilər belə bir mənzərəni yaradıblar. Qeyd etdiyimiz qurumlar çox yaxşı bilir ki,əməl edilib-edilməməsindən asılı olmayaraq, heç olmasa BMT qətnamələrinə bərabər aktlar qəbul etsəydilər, heç olmasa sifətlərini xilas edə bilərdilər. Bunu da ona görə etmirlər ki, bu, avtomatik olaraq Azərbaycanın Qarabağ məsələsində mövqeyini gücləndirəcək".

İrəvan davasını Qarabağ uğrunda mübarizənin tərkib hissəsi kimi aparmalıyıq

Z. Oruc Prezident İlham Əliyevin bu istiqamətdə ən sərt iradəni təmsil etdiyini diqqətə çatdırıb: "Daha kəskin və güzəştsiz mövqe nümayiş etdirib. Onu da demək lazımdır ki, şübhəsiz bizim deportasiya davamız birinci növbədə işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi üçündür. Milli ideallarımız içərisində bu gün İrəvanı heç kəs bu millətə unutdura bilmir. Xankəndi, İrəvan və Şuşa arasında mənəvi bağları və siyasi telləri, gələcəkdə həqiqi torpaq qovuşuqluğunu biz necə formalaşdıra bilərik? Bundan ötrü strateji proqramlar gərəklidir, dini isntitutlarımız işləməlidir, bunu mənəvi tərbiyə halının elementinə çevirməliyik. Bu elə bir siyasətdir ki, həqiqətən də on illər, bəzən yüz illər tələb edəcək. Qarabağsız və İrəvansız nəsil böyüyür və buna görə həmin bölgələrimiz unudulacaq fikirləri ilə razı deyiləm. Cəbrayılın kiçik bir kəndinin azad edilməsi ilə gördük ki, gələcəkdə digər torpaqlarımız işğaldan azad olunanda oralardan didərgin düşən insanların varisləri oralara gedəcəklər. İrəvan davasını Qarabağ uğrunda mübarizənin tərkib hissəsi kimi aparmalı və bunu səfərbərlik səviyyəsində milli iradəyə çevirməliyik ki, nəticə ala bilək".

Göyçəyə gedən yol mütləq Xankəndindən keçir

O əlavə edib: "Bizim hər birimiz, doğmalarımız, qohumlarımız bu hadisələri yaxşı mənada mifologiyalara çevirib. Bunlar bizim üçün çox qaynar və cazibəli əsatirlərdir. Hər birimiz üçün həssasdır. Özünəməxsus cazibə gücünə malikdir. Dərin bir şəkildə xatırlanır. Adamlar yuxularında İrəvanı görəndə sanki bir mükafat almış kimi oyanırlar. Buna sevinirlər. Bu yuxuların gerçək olması Qarabağ davasının uğurlarından asılıdır. Göyçəyə gedən yol mütləq Xankəndindən keçir, yaxud əksinə. Hesab edirəm ki, uğurlarımızı ölkə daxilində o qədər çox etməliyik ki, kənardan Azərbaycan hamı üçün cazibəli görünsün. Hətta düşmən də hiss etsin ki, bu məmləkətdə yaşamaq iftixar doğurur. Yəni təhsilə güc vermək, səhiyyə sahəsini inkişaf etdirmək, vətəndaş münasibətlərini, vətəndaş-məmur münasibətlərini irəli aparmaq, iqtisadi sahədə güclü tədbirlər görmək lazımdır".

Prezidentin leksikonunda İrəvan mənəvi ərazimizin bir hissəsidir

Z. Oruc heab edir ki, ölkə Prezidentini xarakterizə edən, onun liderlik xüsusiyyətlərini təşkil edən parametrlər bunlardır: "İlham Əliyev böyük Azərbaycan idealları ilə yaşayır. Prezidentin rəhbər kimi obrazı bundadır. O, sadəcə nəylə isə qane olmaq istəsəydi, barışmaq istəsəydi, bu qədər ordu qurmaz və silah almazdı, fərqli siyasət aparardı və deyərdi ki, bizdən əvvəl baş verib, torpaqların itkisi hansısa formalada reallaşıb. Prezident isə əksinə üzərinə daha böyük riskləri götürür. Dövlət rəhbəri rəsmi təsisatın başçısıdır. Belə olan təqdirdə, Prezident "İrəvan bizim tarixi torpaqlarımızdır, Zəngəzurun itirilməsi yanlış addım olub" deməklə həmin ərazilərin geri qaytarılması uğrunda cəmiyyəti, gənc nəsli kökləmək istəyir, ona hazırlayır. Bu yöndə öz millətini formalaşdırır. İlham Əliyevə xaricdən olan bütün təzyiqlərə rəğmən, mövqeyindən geri çəkilmir. Prezidentin leksionunda İrəvan mənəvi ərazimizin bir hissəsidir".

Deputat: Prezident gənc nəsli İrəvanı qaytarmaq üçün hazırlayır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 850   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459