Kürəkəninin bacısını zorlayan qayınatanın həyat HEKAYƏSİ

Kürəkəninin bacısını zorlayan qayınatanın həyat HEKAYƏSİKürəkəninin bacısını zorlayan qayınata Ali Məhkəməyə kassasiya şikayəti verib.

1967-ci il təvəllüdlü Əlifağa Bayramov 1997-ci il təvəllüdlü Samirəni dəfələrlə zorladıqdan sonra qız hamilə qalaraq dünyaya uşaq gətirib.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Əlifağa Bayramov 2014-cü ilin may ayının əvvəlində, saat 11 radələrində, qızı Aygünün nişanlısı Ramal Mehdiyevin yaşadığı Bakı şəhəri Ələt qəsəbəsindəki evində tikinti işləri aparıb. Həmin vaxt evdə Ramal Mehdiyevin bacısı, 1997-ci il təvəllüdlü Samirəni görüb.
Əlifağa Bayramov Samirənin evdə tək olmasından istifadə edərək onu qonaq otağına aparıb. Orada Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Onu sillə ilə vuraraq yerə yıxıb. Bu zaman başı beton döşəməyə dəyən Samirə huşunu itirib və Əlifağa Bayramova müqavimət göstərə bilməyib. Bundan istifadə edən Əlifağa Bayramov Samirə ilə zorla cinsi əlaqədə olub.

Əlifğa Bayramov 2014-cü ilin may ayının axırlarında yenə də tikinti işləri aparması üçün həmin ünvanda olub. Bu zaman Əlifağa Bayramov Samirənin yataq otağında tək olmasından istifadə edib və zor tətbiq edərək ona təcazüv edib. Samirə Əlifağanın hədələrindən qorxuya düşdüyü üçün onun hərəkətləri barədə heç kəsə danışmayıb.

Samirənin susmasından istifadə edən Əlifağa Bayramov cinayətkar əməlini davam etdirib. O, 2014-cü ilin iyun ayının ortalarında Samirənin anasından icazə alaraq qızı Salyan rayonu Kürsəngi kəndindəki evlərinə aparıb.
Lakin o, Samirə ilə birlikdə kəndə iki kilometr qalmış, Bakı-Salyan magistral yolunda düşüblər və Kürsəngi kəndi istiqamətində piyada getməyə başlayıblar.

Yolda ətrafda heç kim olmamasından istifadə edən Əlifağa Bayramov Samirəni öldürməklə hədələyib. Əlifağa qorxusundan müqavimət göstərə bilməyən Samirəni yolun kənarındakı kolluğa aparıb. Orada Samirənin paltarını soyunduran Əlifağa Bayramov təkrar onunla zorla cinsi əlaqədə olub. Sonra Əlifağa Bayramov bu barədə kiməsə danışacağı halda onu öldürəcəyi ilə hədələyib.
Samirə Mehdiyeva Əlifağa Bayramovdan hamilə qalıb və 9 mart 2015-ci il tarixdə oğlan övladı dünyaya gətirib.
Qızlarının hamilə qaldığını öyrənən valideynləri baş verənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinə şikayət ediblər. Şikayət əsasında Əlifağa Bayramov həbs edilib.

Əlifağa Bayramov Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Bayramov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlifağa Bayramov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Əlifağa Bayramovun apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırma zamanı məlum olub ki, Əlifağa Bayramova verilmiş ittiham düzgündür və bu səbəbdən onun şikayəti təmin edilməyib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1319   Tarix: 08 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 3040
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 370
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 246
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 590
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 48
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 243
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 303
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 221
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 446