Makqreqor Nurməhəmmədovdan revanş tələb etdi

Makqreqor Nurməhəmmədovdan revanş tələb etdiQarışıq döyüş növləri (MMA) üzrə irlandiyalı idmançı Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Makqreqor "Twitter" səhifəsində yazıb.

"Yaxşı zərbə idi. Revanş gözləyirəm", - idmançı bildirib.

UFC prezidenti Deyna Uayt isə mətbuat konfransında Nurməhəmmədovla Makqreqor arasında mümkün revanş haqqında sualı cavablandırarkən bildirib ki, "bu oğlanları bir-birindən uzaq tutmağa" çalışacaq.

Xatırladaq ki, Nurməhəmmədovla Makqreqor arasında döyüş oktyabrın 7-də keçirilib və rusiyalının qələbəsi ilə yekunlaşıb. Bundan sonra Həbib oktaqondan kənarda dayanmış irlandiyalının məşqçilərindən birinə hücum edib.

Başlayan kütləvi davadan sonra Uayt çempionluq kəmərini Nurməhəmmədova təqdim etməkdən imtina edib. Daha sonra o bildirib ki, Həbib tituldan məhrum edilə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2213   Tarix: 07 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş