"Onlar məşğul olduqları idman növünün adını çəkməyə utanırlar" – Federasiya prezidenti - VİDEO

"Onlar məşğul olduqları idman növünün adını çəkməyə utanırlar" – Federasiya prezidenti - VİDEOAzərbaycanı uşu-sanda üzrə ilk və yeganə dünya çempionu Canpolad Budaqovun daha bir yarışdan görüntüsü yayılıb.

Yeni görüntülər və uşunun adından istifadə edib, özünü dünya çempionu adlandıranlarla bağlı Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy unikal.org-a müsahibə verib:

- Bu kadrlar nə vaxt lentə alınıb?

- Bu görüntülər 2007-ci ildə İtaliyada keçirilən dünya çempionatındandır. Yarışa 6 nəfərlə qatılsaq da, təkcə Canpolad Budaqov gümüş medal qazanmışdı.

- Yəqin ki, özünü uşu-sanda üzrə dünya çempionu kimi təqdim edənlərdən xəbəriniz var. "Youtube"da da bununla bağlı çoxsayda kadrlar yer alıb. Bununla mübarizə etmək mümkün deyil?

- Bu şəxslərdən nəinki mənim , bütün idman ictimaiyyətinin xəbəri var. Bunlarla mübarizəni ilk növbədə gərək KİV- lər etsin. Amma çox təəssüf edici haldır ki, bu şəxslər KİV-lərə hər hansı vasitə ilə yol tapıb, öz yalanları ilə vətəndaşları aldadırlar və bununla da həmin KİV-lər də bu yalanların şəriki olurlar.

- Bu günə qədər uşu üzrə neçə idmançı beynəlxalq yarışara qatılıb?

- Uşu bildiyiniz kimi 1989-cu ildə yaradılıb və həmin ildən hər il bir neçə beynəlxalq yarışda iştirak etmişik. İştirakçıların sayı çox olduğu üçün demək çətindir .

- Neçə idmançı dünya çempionatında çıxış edib?

- Xatırladım ki, Uşu üzrə(sanda və taolu ) Dünya Çempionatları 2 ildə bir dəfə keçirilir. Bu da tək illərə düşür. Yəni ilk Dünya Çempionatı 2001 ci ildə keçirilib, gələn il 15-ci Dünya Çempionatı ÇXR –nın Şanxay şəhərində keçiriləcək. Cüt illərdə isə Ənənəvi növlər üzrə Dünya Çempionatı keçirilir .

Məhz Dünya Çempionatlarında bu günə kimi uşu sanda üzrə 45 idmançımız təmsil olunub və bunlardan bəzilərinin bir neçə çempionatda təkrar iştirak etidiyini nəzərə alsaq onda say azalar.
Dünya Çempinatlarında taolu üzrə isə 6 dəfə təmsil olunmuşuq .

- Uşuda Dünya eçmpionatından ümumilikdə neçə medalınız var?

- Uşu üzrə Dünya Çempionatları -İVUF

Sanda :

1993 Malayziya 1 gümüş ,1 bürünc
1995-ABŞ 1 gümüş
1997-İtaliya -1 gümüş
1999-HonqKonq 1 qızıl, 2 gümüş
2003- Makao 2 gümüş
2009-Kanada 1 bürünc
2017- 1 gümüş , 1 bürünc

Ənənəvi növlər üzrə (taolu ):

2006 –ÇXR 1 qızıl , 1 bürünc
2010- 1 gümüş ,2 bürünc

Dünya klublararası Dünya Çempionatı və Festivalı
Taolu

2007- 1 qızıl , 1 bürünc
2008- 2 qızıl
2009-HonqKonq -2 qızıl ,2 gümüş
2010- 2 qızıl, 1gümüş

Sanda :

2007- 2 qızıl
2008-HonKonq 2qızıl
2009-Honqkonq- 1 qızıl ,1 gümüş

Dünya kuboku yarışları Dünya Çempionatından sonrakı ildə keçirilir və bu mötəbər yarışa Dünya Çempionatında ilk 3 yeri tutan idmançılar adlı olaraq dəvət olunurlar . 2004-cü il Dünya Kuboku yarışında 2 və 2006-ci ildə 1bürünc medal qazanmışıq . Ötən ilki Dünya Çempionatında 1 idmançımız gümüş və 1 idmançımız isə bürünc medal qazandığı üçün onlar bu il noyabr ayında ÇXR –da keçiriləcək Dünya Kuboku yarışına adlı dəvət olunublar .

Avropa Çempionatlarındakı nəticələrimizi isə yazsaq çox uzun bir siyahı olar.

Bütün nəticələrimiz sənədlə, foto və video faktlarla təsdiqlənmiş Azərbaycanın idman tarixidir.

- Bəs sizin federasiyaya aid olmadan özünü "dünya çempionu" kimi təqdim edənləri tanıyırsınız və onlarla haradasa qarşılaşıbsınız?

- Bəli tanıyıram. Görünən odur ki, onlar nədənsə həqiqətdə məşğul olduqları idman növünün adını çəkməyə utanırlar və nüfuzlu idman növü olduğu üçün uşunun adından istifadə edib özlərini reklam edirlər. Onlar anlamırlar ki illərlə sanda üzrə məşq edən, zəhmət çəkərək Dünya Çempionatlarında yer tutan və xüsusən yer tutmayan idmançıların haqqına girirlər. Yer tutmayanları xüsusi olaraq ona görə deyirəm ki, elə idmançılarımız var 10-15 ildir uşu ilə məşğul olur Avropa Çempionatında hətta qızıl və digər medallar qazanıblar lakin, Dünya Çempionatında yer tuta bilməyiblər. Amma yalançılar elə olur ildə 2 dəfə "Dünya Çempionu" olurlar və heç kim də bunlardan soruşmur ki bu necə idman növüdür ancaq "Dünya Çempionatı" keçirilir, qitə yarışları isə yoxdur. Odur ki, iştirak etdikləri saxta Dünya Çempionatlarını da elə saxta federasiyalar təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1031   Tarix: 03 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 380
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 228
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 438
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 257
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 321
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 740
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 396
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 624
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 315