Vestnik Kafkaza: "Eurovision-2012" yarışmasından yazıb

Vestnik Kafkaza: Rusiyanın "Vestnik Kafkaza" nəşrinin 24 aprel nömrəsində Azərbaycanda keçiriləcək "Eurovision-2012" yarışmasından yazıb.

"Mərkəz"in məlumatına görə, Rusiyanın "Vestnik Kafkaza" nəşrinin 24 aprel nömrəsində "Naməlum Qafqaz" layihəsi çərçivəsində jurnalist Oleq Kuşatın "Eurovision-2012": Bakı hazır olduğunu bəyan etmişdir" sərlövhəli məqaləsi dərc olunub. Məqalənin tam mətnini oxuculara təqdim edirik.

Aprelin 15-də konsert salonunun tikintisi yerində çəkdiyim fotoşəkillər iki gündən sonra köhnəlib. Mənim çəkdiyim şəkillərdə "Crystall Hall" hələ tamamlanmamış görünür. Aprelin 17-də isə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirdi ki, konsert kompleksinin inşası başa çatmışdır. Bina şounun hazırlanması üçün Brainpoll şirkətinə təhvil verilib.
Tikintinin başa çatmasına iki gün qalmış bir Bayıl burnuna gələndə buna bənzər bəyanatlar qeyri-real görünə bilərdi. Meydançada iş paltarı geyinmiş adamlar qaynaşırdı. Belə təəssürat yaranırdı ki, gecə libaslarına və şıq kişi kostyumlarına hələ çox var. Salondan mətbuat mərkəzinədək toz-torpağın içindən keçib getməli olduq. Həmsöhbətimiz, mətbuat mərkəzinin əməkdaşı Kamran Ağası sakit və qətiyyətli bir səslə deyirdi ki, artıq iki gündən sonra bu binanın ətrafına asfalt döşənəcək və müsabiqənin təşkilatçıları mərkəzdə quraşdırılmış minlərlə kompyuterin işini sınaqdan keçirəcəklər. "Crystall Hall"ın özünün tikintisi isə daha tez başa çatacaqdır. Gördüyümüz isə səkkiz aydan az müddətdə, özü də Qafqaz üçün görünməmiş dərəcədə soyuq keçən, Xəzər dənizinin Azərbaycan sahillərinin son yarım əsrdə ilk dəfə donduğu qış aylarında ucaldılmışdı. Kamranı dinləyə-dinləyə 25 min nəfərlik salonu olan nəhəng dairəvi binaya baxanda başa düşürsən ki, burada sözünün üstündə möhkəm durmağı bacarırlar. İki gün sonra hamımız buna əmin olduq. "Crystall Hall" aprelin 17-ə hazır oldu.
"Budəfəki "Eurovision" müsabiqəsində çox şey ilk dəfə olacaqdır. Təşkilatçılar yəqin ki, insanların hələ uzun müddət xatırlayacaqları bir sıra texniki və musiqili tamaşa ideyaları təklif edəcəklər",- deyən Kamran Ağası detalları açıqlamasa da, şəxsən bizim marağımızı artıra bildi. Bu gün Bakıda çoxları "Eurovision"la yaşayır. Odur ki, təşkilatçıların bu müsabiqəyə son dərəcə ciddi yanaşmasını başa düşmək olar. "Eurovision-2012" müsabiqəsinə Heydər Əliyev Fondu hamilik edir. Hələ ötən il, Eldar Qasımovla Nigar Camalın Düsseldorfdakı qələbəsindən dərhal sonra Azərbaycan rəhbərləri əmin etmişdilər ki, 2012-ci ilin müsabiqəsi ən yüksək səviyyədə keçiriləcəkdir. Hazırlığın birinci mərhələsi – unikal "Crystall Hall"ın ucaldılması verilmiş vədlərə müvafiq surətdə başa çatmışdır. Bakıda müsabiqə təşkilatçılarının digər mərhələlərdən də uğurla keçəcəyinə şübhə ilə yanaşan çox az adam tapılar. Kamran Ağası sözünə davam edərək deyir: "Crystall Hall" təkcə "Eurovision-2012" üçün inşa edilmir. Bakıda konsertlər və kütləvi tamaşalar üçün belə rahat salon olmamışdır. Bizdə buna bənzər bütün tədbirlər 2,5 min adamlıq salonda keçirilir. Dünyanın meqa-ulduzları adətən böyük yerlərdə konsertlər verirlər. Texniki və maliyyə tələbləri belədir – mürəkkəb və bahalı aparaturanı yerləşdirmək tələb olunur. Belə bir aparatura ilə qastrollar tamaşaçıların sayının çox olmasını tələb edir. Bakının belə bir böyük konsert məkanına ehtiyacı vardı. Artıq məlumdur ki, bu ilin payızında "Crystall Hall"da Cennifer Lopesin, Şakiranın konsertləri planlaşdırılmışdır. Üstəlik, "Crystall Hall" Olimpiada-2012-nin keçirilməsi hüququ uğrunda mübarizədə Bakının Sifariş kitabına daxil edilmişdir. "Eurovision-2012"-nin bəzi tənqidçiləri bildirirlər ki, 25 min nəfərlik salon yalnız musiqi müsabiqəsinin keçirilməsi üçün ucaldılır. Bu, yumşaq desək, həqiqətə uyğun deyildir. Eləcə də bəzi ictimai xadimlərin salonun tikintisi naminə Bayılda doqquzmərtəbəli evin sökülməsi, onun sakinlərinə isə kifayət qədər kompensasiyanın ödənilməməsi barədə iddiaları ilə razılaşmaq mümkün deyildir. Tikintinin bir kilometrliyində yerləşən həmin ev dairəvi yolun tikintisi planına müvafiq olaraq sökülmüşdür. Üstəlik, sakinlər tam bazar qiymətinə uyğun kompensasiya almışlar".
"Bakı müsabiqəsinin vəzifələrindən biri Avropaya Azərbaycan, o cümlədən onun mədəniyyəti haqqında daha ətraflı danışmaqdır. Məgər Müslüm Maqomayev hələ 30 il əvvəl bunu etməmişdi?"- deyə soruşuram. "Bu gün Azərbaycan yeni bir dövr – müstəqil inkişaf dövrü yaşayır. Mənim valideynlərim və yaşıdlarım üçün M. Maqomayev öz dövrünün Azərbaycanını təcəssüm etdirirdi. O, indi də postsovet məkanında sevilir. On iki-on üç il bundan əvvəl doğulmuş insanlar (onlar da böyük Azərbaycan ifaçılarını, o cümlədən Maqomayevi dinləyirlər) üçün duetimizin "Eurovision-2011"-də qələbəsi musiqili Avropaya yeni çıxışdır. Yeni zaman – yeni vəzifələr",- deyə Ağası cavab verir. Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin baş direktoru İsmayıl Ağakişiyev söhbəti davam etdirərək deyir: "Yadımdadır, bir vaxtlar, hətta Moskvada da azərbaycanlılar haqqında, demək olar, heç nə bilmirdilər. Deyəndə ki, Qafqazdan gəlmişəm, soruşurdular ki, sən gürcüsən? Hesab edirəm ki, azərbaycanlıları respublikada böyük iqtisadi yüksəlişin olduğu və onun rəhbəri Heydər Əliyevin Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü seçildiyi 1970-1980-ci illərdə tanımağa başladılar. Avropa yalnız bizim günlərdə azərbaycanlılar haqqında gerçək məlumatlar alır. "Eurovision-2012" böyük informasiya sıçrayışıdır. Bir çox avropalılar bura, müsabiqəyə gəlib, dəniz sahilində müasir Bakının necə tikildiyini, ölkənin necə iqtisadi sıçrayış etdiyini öz gözü ilə görəcək, xalqımızın tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Bu günlərdə Qəbələdə Azərbaycanda beşinci beynəlxalq aeroport açılacaqdır. "Eurovision"dan sonra Avropada Azərbaycanı xəritədə daha tez tapacaqlar. Ötənilki müsabiqə zamanı tanınmış Azərbaycan yazıçısı Çingiz Abdullayev Rumıniyadan vətənə qayıdırdı. Bakılı duetin qələbəsi haqqında xəbər ona Türkiyədə çatmışdı. Ç.Abdullayev deyir: "Bir görərdiniz ki, türklər qələbəmizə necə sevinirlər. Hesab edirdilər ki, Düsseldorfda onlar qələbə qazanmışlar. Əllərində iki ölkənin bayraqları olan insanlar küçələrə axışırdılar". Nümayəndələri "Eurovision-2012"-yə qatılmayacaq ölkəyə gəldikdə isə bu, təəssüf hissi doğurur. Erməni ifaçılar Bakıda oxusaydılar, bu, iki xalq arasında qarşılıqlı anlaşma yolunda daha bir addım olardı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1921   Tarix: 27 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 591
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 100
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 328
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 135