ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA

ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYANikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın "Nikol Paşinyan: tütün qutusunda baş nazir" sərlövhəli məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu deyir.

"Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi müttəfiqlərindən ayırması da bu hədəflərdən biridir. Vaşinqtonun əsas hədəflərindən biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Çünki Azərbaycanın əraziləri hərbi yolla azad etmək planı və bu işdə NATO üzvü olan Türkiyənin onu dəstəkləməsi KTMT-nin timsalında Rusiyanın da məsələyə qarışması ilə nəticələnə bilər. ABŞ bunu NATO ilə Rusiya arasında hərbi münaqişənin başlanması olaraq görür. Hərçənd, Qarabağa görə NATO və Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə Brüsseldə, nə də Ankarada istəyirlər. Buna görə də ABŞ və Türkiyə Qarabağın azad edilməsinin fərqli yolunu seçdilər: Ermənistan cəmiyyəti Qarabağı könüllü şəkildə Azərbaycana qaytarsın. Paşinyanın korrupsiya ilə mübarizə şüarı altında Qarabağın "müstəqilliyini" müdafiə etmiş "qəhrəmanları" (Robert Koçaryan və digərləri nəzərdə tutulur – red.) təqib etməsi də bu planın bir hissəsidir. O da təsadüfi deyil ki, Paşinyan hakimiyyəti Türkiyə və Azərbaycanın Qarabağın azad edilməsi ilə bağlı səsləndirdikləri sərt fikirlərə reaksiya vermir", - deyə erməni şərhçi vurğulayır.

Akopyan diqqəti Ermənistanın daxili vəziyyətinə və cinsi azlıqların aktivləşməsinə yönəldir. O, Respublika Partiyasının deputatı Artaşes Qeqamyanın Paşinyana müraciətini də xatırladır.

A.Qeqamyan "İravunk" qəzetində Paşinyana ünvanladığı müraciətində deyirdi: "Sən öz azarkeşlərini inandırırsan ki, erməni xalqının arasında qara və ağlar var. Nə edirsən et, amma LQBT-ni gizli və açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi məhv etmə. İrəvanın polis bölmələrinə, bütün ermənilərin katolikosuna hücum edən təcavüzkar dini sektaları himayə etmə. Soros tərəfindən maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda "Şərqi Avropa və Mərkəzi Asiyanın LQBT – xaçpərəstlərinin forumu" adı altında növbəti yığıncaq keçirməyi planlaşdırırlar. Səndən xahiş edirəm, inqilab və əksinqilab haqqında əsəbi nitqlərinlə insanlara əzab verməyi dayandır. Bəlkə sən anlamırsan, lakin Ermənistanın milli təhlükəsizliyi təhlükə altındadır".
S.Akopyan iddia edir ki, Türkiyə və Azərbaycanın Qarabağı azad etmək planlarını işə saldığı ərəfədə Ermənistanın daxilindəki xaotik vəziyyət getdikcə inkişaf edir.
"Artıq şübhə etməməliyik ki, ABŞ tütün qutusunu açacaq, oradan Nikol Paşinyan çıxacaq və Qarabağı Azərbaycana qaytaracaq", - deyə Akopyan iddia edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 26 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281