Demet Akalın Raufla eyni səhnəyə çıxmaqdan imtina edib

Demet Akalın Raufla eyni səhnəyə çıxmaqdan imtina edibXəbər veriyimiz kimi, türkiyəli müğənni Demet Akalının Bakı konserti ləğv olub.

News24.az xəbər verir ki, bir neçə gün öncə konsertin baş sponsoru "ModaOl" şirkəti tərəfindən bununla bağlı açıqlama verilsə də D.Akalın bu gün həm təşkilatçını həm də sponsoru ittiham edib. O, konsertin təxirə salınmasından xəbərsiz olduğunu və qarşı tərəfin bu hərəkini qorxaqlıq kimi qiymətləndirib.

Məsələ ilə bağlı "ModaOl" şirkəti ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən Taleh bəy bunları deyib:

"Bizimlə bağlı dediyi iddialar əsassızdır. Konsertin təşkilatçıları tamam başqa şirkətdir. Sadəcə olaraq "ModaOl" şirkəti olaraq bizə baş sponsorluq təklif olundu və biz də qəbul etdik.

Bizim üzərimizə düşən işlər konsert məkanını, səhnənin texniki işlərini həll etmək, Demet Akalını qarşılamaq və yola salmaq idi.

Əvəzində isə biz öz məhsullarımızın və xidmətlərimizin reklamını edəcəkdik. Bununla bağlı qarşılıqlı razılaşma oldu. Ortada ödəniş barədə heç bir söhbət yox idi.

Bu xanımın şəxsi həyatı ilə bağlı problemləri, həyat yoldaşından ayrılması konsertin baş tutmasına inamı azaltdı. Bundan başqa ifaçının əlavə kaprizləri bizi baş sponsorluqdan geri çəkilmə qərarına qədər gətirib çıxardı. Məhz sponsorluqdan çəkildiyimiz üçün təşkilatçılar da konserti ləğv etdi".

Şirkət rəsmisi külli miqdarda pul itkisi yaşadıqlarını açıqlayıb:

"Sentyabrın 19-u sponsorluqdan imtina etdiyimizi təşkilatçılara bildirdikdə onlar da bu barədə həm yazılı həm də telefon zəngi ilə Demet Akalına məlumat veriblər. Onun məlumatı ola-ola bu günə qədər söhbəti uzatdı və məhz indi konsertin ləğv olduğunu açıqladı. Bu ifaçı ilə təşkilatçı arasında olan problemdir. Çünki biz öz üzərimizə düşən bütün işləri layiqincə yerinə yetirmişik. Hətta şirkətimiz olaraq külli miqdarda pul itkisi yaşadı".

O, məsələnin hüquqi yollarla həll olunacağını deyib:

"Xərclənən məbləğə görə fikrimiz var ki, Demet Akalın və təşkilatçılar barədə məhkəmə orqanlarına şikayət edək. Çünki ən çox zərər bizə dəyib".

Konsertin təxirə düşməsinin əsas səbəblərindən biri də ifaçının səhnə alacağı yerli müğənni ilə bağlı etdiyi kapriz olub:

"Demet Akalın Azərbaycan səhnəsinə dırnaq arası baxır. Müğənni ilə ən böyük konfliktimiz Rauf Əhmədova görə olub. Müqavilədə ifaçı "Okan səhnəyə çıxmasa mən də çıxmaram" sözlərini qeyd etmişdi. Daha sonra ayrıldılar və biz də Raufla danışdıq. Daha sonra D.Akalın "Mən Raufla eyni səhnəyə çıxmaram" dedi.

Yəni Azərbaycan səhnəsinə və dinləyicisinə aşağılayıcı baxışı var. Sən demə Türkiyənin bəzi sənətçiləri ölkəmizdən pul qazana-qazana sənətçilərimizə, dinləyicilərimizə yuxarıdan aşağı baxa bilirmiş".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1728   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870