"Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb" — İyrənc cinayətin TƏFƏRRÜATLARI

"Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb" — İyrənc cinayətin TƏFƏRRÜATLARI14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatov cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib:

"Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi. Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda münasibət yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam. Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi əlaqədə olma qabiliyyətimi itirdim. Bununla bağlı çox həkimə getsəm də, xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir, ayrılmaq istəmirdi". Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib (Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik məqamları nəzərə alaraq, açıq yazmırıq):

"Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa kişilərlə cinsi münasibətdə olduğunu da deyib". İsaməddin Hacatov bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: "Məndən əl çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir) videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə həmin görüntünü mənə göndərdiyini soruşanda, mənim üçün hər şeydən, hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib. Canı telefonu məndən danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib". Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb: "Bu görüntülər bütün kənddə yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı məndə impotensiya olduğunu deməyə utandım". Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib: "Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çöldə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam". Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: "Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtdir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım". Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: "Dəfələrdə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər". Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib. İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3797   Tarix: 25 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179