Aktyor özündən 39 yaş kiçik həmkarı ilə sevgilidir

Aktyor özündən 39 yaş kiçik həmkarı ilə sevgilidir

Hollivud aktyoru Al Paçino özünə gənc sevgili tapıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 78 yaşlı ulduz izrailli həmkarı 39 yaşlı Meytal Dohanla eşq yaşayır.

Cütlük artıq bir neçə aydır birlikdədir. Əvvəl aktyorlar münasibətlərini gizli saxlamağa çalışsalar da, artıq sevgilərini açıq-aşkar yaşamaq qərarına gəliblər.

Sevgililərin Los-Ancelesdə film çəkilişi ərəfəsində tanış olduğu bildirilib.

Qeyd edək ki, bu, Al Paçinonun gənc xanınmla yaşadığı ilk sevgi deyil. Onun bundan əvvəlki sevgilisinin 21 yaşı var idi.

Aktyor özündən 39 yaş kiçik həmkarı ilə sevgilidir

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1187 Tarix: 24.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol