"Bugünkü qazandığım ruziyə görə sənə borcluyam" – Canlı efirdə təsirli anlar - Video

"Bugünkü qazandığım ruziyə görə sənə borcluyam" – Canlı efirdə təsirli anlar - Video
Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan “BizimləSən” verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyeva üçün yardım aksiyası davam edir.

BAKU.WS xəbər verir ki, bu dəfə Tünzalə Əliyevaya dəstək olmaq üçün rəqqasə Fatimə Fətəliyeva gəlib.

Rəqqasə canlı efirdə etiraf edib ki, bir neçə il əvvəl T. Əliyeva ona dəstək olub:

“Mən bu gün doğrudan da özümə borc bildim, burada olmalıydım. Olmasaydım, ömrümün sonunadək özümü heç vaxt bağışlamazdım. Sən tək mənə yox, çox insanlara əl tutmusan. Tünzalə, bugünkü qazandığım ruziyə görə sənə borcluyam”.

Xatırladaq ki, T. Əliyevaya bu günə qədər bir çox sənət adamları dəstək olub. Onların arasında müğənnilər Xatirə İslam, Roza Zərgərli, Sevda Əliqızı, Bahar Lətifqızı, aktrisalar Ülviyyə Əliyeva, Dilarə Əliyeva və başqalarının adlarını qeyd etmək olar.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4035 Tarix: 22.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər