"Mən ancaq oğlumun ayağına su gətirərəm, suyunu da içərəm, ərimin yox" - Brilliant

"Mən ancaq oğlumun ayağına su gətirərəm, suyunu da içərəm, ərimin yox" - BrilliantXalq artisti Brilliant Dadaşova "5/5" verilişinin qonağı olub.

Müğənni uşaqlığı ilə bağlı etiraf edib. O bildirib ki, atası onun adını Xoşqədəm qoymaq istəyib:

"Atam ən sevdiyi adları o biri bacılarıma qoyub. Mən doğulanda deyiblər, adını Xoşqədəm qoyaq. Sonra pianoda köhnə "Brilliant" mahnısını ifa edib. Ondan sonra deyib, bu qızın adı Brilliantdır".

Daha sonra bacısı Lalə Dadaşova onunla bağlı sualları cavablandırıb. O bildirib ki, bacısı ən çox brilyant hədiyyə almağı sevir.

Onun sözlərinə isə B.Dadaşova "O qədər brilyant hədiyə almışam ki... Hansı qadın qızılı sevməz" cavabını verib.

Dadaşova ilk dəfə qardaşından danışıb. O deyib ki, qardaşı şou-biznesdən uzaq bir sahədə çalışır.

Dadaşova aparıcı Zaur Kamalın "Müğənnilər arasında sənət, ailə çətindir. Neçə ildir sizdə problem olmayıb. Ədalət müəllimlə bir yerdəsiniz. O, yoxsa siz dözdünüz" sualına belə cavab verib:

"İllərdir mən ona dözdüm. Onun hər şeyi tullamağına... Evdə nədənsə xoşu gəlmirsə, tozludursa, pəncərədən atır. Atama bənzəyən oğlan seçmişəm. Atam da spirtli içki içməz, siqaret çəkməzdi. Bu da belədir. Atam stolda çirkli qab görəndə zibilliyə atır. O da eynidir. Bizim təmizlik problemimiz var".

"Həyat yoldaşınız xəstələnib, təzyiqi qalxıb. Ayağını yuyarsınız? Belinə soyuq dəyib, nəsə edərsiniz" sözlərinə verdiyi cavabla diqqət çəkib:

"Evdə qızlar var. Etmərəm. Ehtiyac yoxdur. Studiyaya getməliyəm, verilişlərə getməliyəm, hələ ləyənlə su gətirim? İradə bacım ərinə yumurtanı da soyub verirdi. Xoşum gəlmir, belə olmaz. Qadın həyat yoldaşının anası deyil. Mən ancaq oğlumun ayağına su gətirərəm, suyunu da içərəm. Həyatda yalnız bir kişiyə qulluq etmişəm, o da oğlum. Ondan başqasına etmərəm. Ona çay da süzərəm, qəhvə də dəmləyərəm. Ancaq ona edərəm. Onun anasıyam. Kişilər, həyat yoldaşı ancaq naz edə bilər, siz ona qulluq edin".

mənbə: axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4953   Tarix: 21 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785