Sevillə Etimadın böyük sevgi hekayəsi... - "Sonsuza qədər..."

Sevillə Etimadın böyük sevgi hekayəsi... - "Sonsuza qədər..."Xəbər verdiyimiz kimi, ötən gün tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda ofisində qətlə yetirilib. "Qafqazinfo" E. İsmayılov haqda bəzi məlumatları araşdırıb.

E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S. Nuriyeva ilə E. İsmayılov gənc yaşlarından bir-birini seviblər. Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət, hətta ayrılıq qərarı alıblar.

Daha sonra 2008- ci ildə E. İsmayılov həbs edilib. Belə ki, o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb. E. İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E. İsmaylov ailə həyatı qurduqdan sonra S. Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014- cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib.

Sevillə Etimadın böyük sevgi hekayəsi... - "Sonsuza qədər..."S. Nuriyeva ailəsi haqda danışmağı, şəkil paylaşmağı sevmirdi. Amma bu ilin iyun 22-də həyat yoldaşını ad günü münasibətilə təbrik edərək ona olan hisslərini sosial şəbəkədə bölüşmüşdü.

O, E. İsmayılovu mərd və gözəl qəlbli insan adlandırıb: " Bir az çətin biridir. Amma bir o qədər də qəlbi yumşaq və sevgi dolu. Sonsuza qədər inanılacaq dost, yol yoldaşı və ərdir. O sosial şəbəkədən istifadə etmir. Bu şəbəkələrə də əsəbiləşir. Şəkil çəkdirməyi də xoşlamır. Hansısa önəmli adamlarla şəkil çəkdirib və onu paylaşıb hava atanları da qeyri-səmimi adlandırır. Belə bir adamdır. Mübarizəsi olan, mübarizənin nə demək olduğunu anlayan adamdır. Ad günün mübarək. Allah səni hər iki dünyada bəxtiyar etsin".
Sevillə Etimadın böyük sevgi hekayəsi... - "Sonsuza qədər..."Onu da bildirək ki, Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan E. İsmayılov atasının rəhbəri olduğu Ədalət partiyası ilə də əlaqələrini kəsməyib. O, partiya sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3405   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 698
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 247
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 3050
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 2877
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1570
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 479
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1701
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 456
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 507