"Xərçəng olduğumu atam-anam bilmir, ölmək istəmirəm" - Tünzalə göz yaşları içərisində - VİDEO

"Xərçəng olduğumu atam-anam bilmir, ölmək istəmirəm" - Tünzalə göz yaşları içərisində - VİDEOXərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa yaşadıqlarından bəhs edib. "Toppuş bacı" ləqəbi ilə tanınan Tünzalə hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu deyib:

"Bu xəstəlik 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün, imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam".

Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər:

"Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram".

Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6971   Tarix: 18 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993