Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdır

Ayağı ayağın üzərinə qoyub əyləşmək çox ziyanlıdırAyağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər.

BiG.AZ islaminsesi.info-ya istinadən bildirir ki, insanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Bu adət bir çox insanlar arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə bu cür əyləşmək sağlamlığa mənfi təsir göstərər. Onların nəzərinə görə ən ideal əyləşmək növü - hər iki ayağın bir-birinin yanında qərar tutmasıdır. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür.

Insan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir.

Həkimlərin nəzərinə görə bu cür əyləşən insanların ayaq damarları hörümçək toru kimi büruzə verməyə başlayar. Bu ehtimal qadınlarda 55, kişilərdə isə 45%-dir.

Ayağı ayağın üzərinə qoymaq qanın ürəyə qayıtmasına maneçilik yaradar. Nəticədə ayaq damarları zərər görər və zəifləyər. Qan ayaq damarlarında toplanar və hörümçək toruna bənzər hala gələr.

Mütəxəssislər bu fikirdədir ki, ayağı ayağın üzərinə qoymaq qan təzyiqinin müvəqqəti qalxmasına səbəb olar. Çünki ürəyə qayıtmalı olan qan bu cür əyləşmək nəticəsində böyük təzyiqlə geri qayıdar. İnsanın qan təzyiqi qalxar ki, bu yolla qanı ürəyə qaytara bilsin.

İnsan belə vəziyyətdə qan təzyiqinin qalxmasını hiss etmədiyinə görə əyləşməyə davam edər. Uzun zaman belə əyləşmək sağlamlığı təhlükə altına alar. Nəticədə qan ayaqlarda laxtalanar və damarların iltihabına səbəb olar.

Ona görə də həkimlər deyir ki, bu vəziyyətdə əyləşməyi sevən insanlar gərək 10-15 dəqiqədən çox belə əyləşməsinlər. Ayaqları aşağı salıb, bir qədər yol getsinlər.

Ayağı ayağın üzərinə qoymaq ürəyə ziyan vurduğu kimi, ayaqdakı əsəb tellərinə də ziyan vurur. Nəticədə əsəb telləri müvəqqəti olaraq iflic və hissiz olur. Həmin hal əsəb tellərinə ziyan vurar. Bu cür əyləşmək onurga lardozuna da səbəb ola bilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1750   Tarix: 17 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585