Qarabağ savaşının qaranlıq üzü

Qarabağ savaşının qaranlıq üzüQarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub

Dağlıq Qarabağ müharibəsində itkin düşən şəxslərin daha səmərəli axtarılması üçün onların qohumlarından qan nümunələrinin götürülməsini nəzərdə tutan layihə ilə bağlı Anlaşma Memorandumunun ilkin layihəsi hazırlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib.

O qeyd edib ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Səhiyyə Nazirliyinə müraciət edib: "Bu, çox ciddi, həssas, müstəsna əhəmiyyətli məsələdir. Bu hadisələrdən 20 ildən çox vaxt keçir. Artıq həmin şəhidlərin, itkinlərin yaxınları belə dünyalarını dəyişirlər. Ona görə də, onlar sağ ikən istinad nümunəsi kimi qan nümunələri götürülməlidir ki, gələcəkdə bu prosesə başlayanda identifikasiya aparılsın, qohumluq əlaqələri müəyyən edilsin".

Ş. Musayev hesab edir ki, Anlaşma Memorandumu imzalanmazdan qabaq bu nümunələrin götürülmə qaydası, saxlanması, təhlükəsiz idarə olunması, daşınması, bu proseduranın hüquqi baxımdan sənədləşdirilməsi məsələləri həllini tapmalıdır: "Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən BQXK qarşısında bu məsələlər qaldırılıb. Bu prosesdə çox cüzi diqqətsizlik böyük səhvlərə gətirib çıxara bilər. Bu məsələdə hər tərəfin qarşılıqlı öhdəlikləri olmalıdır. Müəyyən məhdudiyyətlər var, onlar müəyyənləşdirilməlidir. Hələ bu istiqamətdə məsələlər başa çatmayıb. Anlaşma Memorandumu hazırlanıb, amma hələ şərtlər müəyyən edilməyib. Tərəflər öhdəliklərini və məsuliyyətlərini qeyd etməlidirlər. Bu layihənin təhlükəsizlik prinsiplərinin şərtləri və sərhədləri müəyyənləşdirilməlidir. Bu məsələ bir neçə mərhələdən keçir. O mərhələlərin dinamikasında cüzi səhv böyük zəncirin halqalarının ortadan çıxması deməkdir".

"Mütəxəssislərimiz Amerikada, Strasburqda xüsusi təlimlər keçib"

Ş. Musayev qeyd edib ki, Azərbaycan dövlətinin qanunvericiliyinə əsasən, insan biomateriallarına görə şəxsiyyətin identifikasiyası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində aparılır: "Birliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində iş gedir. 1999-cu ildən Azərbaycanda molekulyar-genetik ekspertiza aparılır. 2005-ci ildən ölkədə Səhiyyə Nazirliyi tərəfindən Patoloji Anatomiya Birliyində molekulyar-genetik individualizasiya laboratoriyası yaradılıb. Burada gen səviyyəsində şəxsiyyətin identifikasiyası da aparılır. 2009-cu ildə də yeni müasir avadanlıq alınıb. Ayrı-ayrı dövrlərdə Birliyin ayrı-ayrı mütəxəssisləri Amerikada, Strasburqda xüsusi təlimlər keçib. Bu ayın 23-də İspaniyadan Azərbaycana xüsusi mütəxəssis gələcək və 6-10 mütəxəssis bir həftə ərzində genetik individualizasiya ilə bağlı müasir təlimlərə cəlb olunacaq. Azərbaycanda bu istiqamətdə işlər çoxdan aparılır. Əfqanıstanda qəzaya uğrayan təyyarədə hətta kömürləşmiş sümük səviyyəsində biz identifikasiya apararaq şəxsiyyəti müəyyən edə bildik. Birliyin xüsusi elmi platforması var. Sümük qalıqları əsasında şəxsiyyətin identifikasiyası və onun əsasında hazırlanmış metodikalar hazırda bir çox xarici ölkələrin ekspertizalarında istifadə olunur".

DNT analizlər aparılacaq

Baş direktor bildirib ki, Qarabağ müharibəsi zamanı yaranan naməlum məzarların əksəriyyətinin yeri müəyyən olunub: "Bu yerlərin böyük əksəriyyəti döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdədir. Amma Bakının Şəhidlər Xiyabanında da naməlum əsgərlərin qəbirləri var. BQXK-dan əlavə, dövlətin aidiyyəti qurumları da bu işə çox ciddi hazırlaşır. Demək olar ki, bir sıra qurumlar artıq bu işə hazırdır. Amma bu, çox vaxt tələb edən məsələdir. Bir-iki ilə bu prosesi başa çatdırmaq mümkün deyil. Belə ekspertizalarla bağlı BMT-nin müəyyən elədiyi qayda var. O ekspertizalar həmin proqram çərçivəsində aparılır. İlk növbədə ənənəvi identifikasiya metodlarından istifadə edilir. Onun tərkibində DNK, antropoloji ekspertiza və s. var. Qaydalara əsasən, qeyri-ənənəvi ekspertiza metodları da tətbiq edilir. Bunlar hamısı vaxt tələb edəcək. Buna baxmayaraq, Məhkəmə-Tibbi Ekspertiza Birliyində o baza var. Sadəcə, proses kütləvi formaya keçəndə gərək maddi-texniki baza daha da güclənsin".

Ş. Musayev bildirib ki, biometrik eyniləşdirmə sisteminin yaradılması ilə əlaqədar 2007-2013-cü illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Buna əsasən, DNT üzrə identifikasiya və verbikasiya sisteminin təşkili, yəni DNT-nin tətbiqi mərkəzi və milli informasiya bankının yaradılması məsələsi 2008-ci ildən başlayaraq Səhiyyə, Fövqəladə hallar nazirliklərinə və başqa dövlət qurumlarına tapşırılıb: "Biometrik informasiya haqqında ölkə prezidentinin sərəncamı da var. Bunun əsasında DNT üzrə analizlər və identifikasiya xidmətləri daxil olmaqla, biometrik informasiya xidmətinin təşkili və tənzimlənməsi qaydaları müəyyənləşib. Bütün bu normativ-hüquqi sənədlər Azərbaycanda itkin düşmüşlərin şəxsiyyətinin identifikasiyası üçün əvvəlcədən mövcud olan sənədlərdir. Azərbaycanda şəxsiyyətin identifikasiyası ilə bağlı aparılan nəticələr dünya ölkələri tərəfindən də qəbul edilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5983   Tarix: 31 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 235
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Çində yolun çökməsi nəticəsində 19 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətində torpaq sürüşməsi olub. BİG.AZ xəbər verir ki, yolun çökməsi nəticəsində 19 nəfər ölüb. Milli medianın yaydığı məlumata görə, Meykou şəhərində normadan artıq yağıntının səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası magistral yolun 18 metrlik hissəsinin çökməsinə səbə

01.05.2024 90
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142