Şamaxıda iki avtomobil toqquşub: Ölən var

Şamaxıda iki avtomobil toqquşub: Ölən var

Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən BiG.AZ-a verilən məlumata görə, sentyabrın 13-də saat 12 radələrində Şamaxı rayonunun Əngəxəran kəndi ərazisində şəhər sakini İlham Niyazovun idarə etdiyi “Nissan” və Zarad kənd sakini Bahadur İmaməliyevin idarə etdiyi “UAZ” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Niyazov hadisə yerində ölüb, xəsarət almış B.İmaməliyev xəstəxanada yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 424 Tarix: 14.09.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol