"Kütbeyin" adlandırılıb məktəbdən qovulan dahi

"Kütbeyin" adlandırılıb məktəbdən qovulan dahiDünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison bir çox ixtiraları ilə yadda qalıb. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə üç min patent mövcuddur.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, Tomas Edison orta məktəbdə cəmi üç ay oxuyub. İlk üç aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəllimi Toması "kütbeyin" adlandırıb və bundan sonra o, evdə anasından təhsil almalı olub. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Ailənin yeddi uşağından ən balacası olan Tomas 10 yaşı olarkən ilk laboratoriyasını qurub. 16 yaşında ilk teleqraf cihazını icad edib. Bu cihazın hazırlanma hüququnu 40 min dollara sataraq, 1874-cü ildə özünə xüsusi laboratoriya açıb.

Edison daim oxuyar, elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olardı. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent alıb.

1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən canlandıran cihazı ixtira edir. Bu ixtirasına görə onu "Menlo-parklı sehrbaz" adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı olub.

1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salır. O, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır.

Edison 1882-ci ildə dünyada birinci olaraq istilik elektrik stansiyasını qurur və ictimaiyyətin istifadəsinə verir.

O, Bille telefonunu təkmilləşdirir, səsin telefonda təmiz, aydın və uca olmasına nail olur. Dünyada birinci elektrik dəmir yolunu o, çəkib, qələvili akkumulyatoru ixtira edib, dəmir filizin maqnitlə seperasiyası üsulunu verib.

Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdarca hesablamaq üçün Edison dünyada ilk sayğac qurub. O, əriyən qoruyucu ixtira edib, radio lampaları yaratmağın əsası olan termoelektron hadisəsini "Edison effekti" 1883-cü ildə kəşf edib, kino sahəsində bir çox mühüm ixtiraların müəllifidir.

Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparıb və ixtiralarını praktikaya, məişətə çıxarmaq üçün iri zavodlar yaradıb. İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onun kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.

Məşhur amerikalı ixtiraçı Nikola Tesla onun haqqında deyirdi: "Əgər Edison ot tayasında iynə itirsəydi, mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1648   Tarix: 09 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055