Facebook parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO

Facebook parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO
Facebook hesabının parolunu polisə verməyən 24 yaşlı oğlan həbs olunub.

İngiltərədə cinayətlə bağlı araşdırma aparan polisə parolunu verməyən Stefen Nikolson (Stephen Nicholson) 14 aylıq həbs cəzası alıb.

Onun həbs olunmasına səbəb özünü cinayət şübhəlisi kimi aparmasıdır. Belə ki, Stefenın üz cizgiləri ötən ay zorlandıqdan sonra bıçaqlanaraq öldürülən 13 yaşlı məktəbli Lusi Makhyunun (Lucy McHugh) qatilinin detallarına uyğun gəlir.

Bu səbəbdən o, saxlanılıb və ondan feysbuk parolu istənilib. Stefen parolu vermədikdə cinayət şübhəlisi kimi həbs edilib.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.( milli)

Facebook parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO
Facebook parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO
Facebook parolunu polisə vermədiyinə görə həbs olundu - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 828 Tarix: 01.09.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər