Qurban bayramı ilə əlaqədar satış yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlandı - SİYAHI

Qurban bayramı ilə əlaqədar satış yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlandı - SİYAHIQurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

BiG.AZ bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
Əlyar Əliyev küçəsi, 36a ("Təbriz" KM, Keşlə bazarı)
Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ" mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

Suraxanı rayonu

Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V" massivi

Binəqədi rayonu

Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol" adlanan yer)
Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)
Cəfər Xəndan küçəsi, 54, "Oazis" restoranının yanı ("Ət pavilyonu" adlanan ərazi)

Xətai rayonu

Zığ yolu ("Nargilə" adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7
Xiyabani küçəsi, 10c
Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyəti

Nizami raronu

Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi
Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

20-ci sahə (Badamdar şosesi)
Bayıl bazarı, Gülbala Əliyev küçəsi

Xəzər rayonu

Qala-Pirallahı yolu, "Lambir" müəssisənin arxası

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)

Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, "Arzu" şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, "Sabunçu" mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Pətək" marketin yanı

4. Zabrat qəsəbəsi," Azmeat" MMC

5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, "Araz" marketin yanı

7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

8. Maştağa qəsəbəsi "Kanal" marketin yanı

9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107

11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş "Sərhan" marketin yanı

Bölgələr

Gəncə şəhəri

Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı

Neftçala rayonu

Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi
Xili qəsəbəsi
Bankə qəsəbəsi
Həsənabad qəsəbəsi

Şamaxı rayonu

Şamaxı şəhər stadionun yanı

Göyçay rayonu

Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)

İsmayıllı rayonu

"Yaşıl market"

Lənkəran şəhəri

Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.

Ağdaş rayonu

Zeynəddin kəndi, mal bazarı

Quba rayonu

Heydər Əliyev prospekti, "Ət bazarı" deyilən ərazidə

Şirvan rayonu

18 №-li məktəbin həyəti
16№-li məktəbin həyəti

Şəki şəhəri

Şəki şəhərinin "Çöl yolu" adlanan ərazisində yerləşən heyvan satışı bazarı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1599   Tarix: 20 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831