Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı təqdim edilib.

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)AzərTAc-a istinadən xəbər verir ki, təntənəli təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu olduğu MDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında keçirilib. Əvvəlcə o, Tibb Tarixi Muzeyi ilə, buradakı eksponatlarla, o cümlədən səhiyyənin taixi ilə bağlı qədim əşyalarla tanış olub.
MDTU-nun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko ali məktəbin kollektivi adından ali qonağı salamlayaraq qeyd edib ki, öz çoxsahəli fəaliyyətində Heydər Əliyev Fondu səhiyyə sahəsinə çox böyük diqqət yetirir: "Universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban xanım Əliyeva ali məktəbin fəxridir və çox sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə böyük diqqətlə yanaşır".

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)P.Qlıboçko xüsusilə vurğulayıb ki, Elmi Şuranın yekdil qərarı ilə Mehriban xanım Əliyevaya Fəxri professor adı verilib.
Sonra MDTU-nun prorektoru Pyotr Litvitski elmi adın verilməsi haqqında rəsmi sənədi oxuyub və Mehriban xanım Əliyevanın müxtəlif beynəlxalq ictimai təşkilatlar tərəfindən layiqincə qiymətləndirilən çoxtərəfli fəaliyyətindən danışıb.

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)MDTU-nun rektoru Pyotr Qlıboçko Azərbaycanın birinci xanımına "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" diplomunu, Xatirə nişanını və professor mantiyasını təqdim edib.
Mehriban xanım Əliyeva ona yüksək Fəxri professor adının verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun bütün professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirib. O deyib: "Bu gün mən çox şadam ki, təkcə gənclik və tələbəlik illəri ilə deyil, həm də yeni dünyanın, yeni bilik aləminin açılması ilə, intellektual potensialın toplanması ilə yadda qalan öz ali məktəbimizdəyəm. Bu gün çox şey dəyişib, dəyişməz qalan təkcə bir şeydir: bu ali məktəbin yüksək maarifçilik ruhu".

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban xanım Əliyeva keçən il dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş müasir Azərbaycanın müvəffəqiyyətlərindən, bütün sahələrdə ölkənin sürətli inkişafından ətraflı söhbət açıb.
Sonda Mehriban xanım Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə bir daha minnətdarlığını bildirib və görüşün bütün iştirakçılarını Azərbaycana dəvət edib.

Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)Mehriban Əliyeva Fəxri professor seçildi (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3841   Tarix: 16 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254