DİM mediaya müraciət etdi: "Müxtəlif yollara əl atırlar..."

DİM mediaya müraciət etdi: "Müxtəlif yollara əl atırlar..."Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistlərə müraciət edib.

BiG.AZ-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, DİM kütləvi proseslərin idarə olunmasında İKT-nin imkanlarından istifadə edən qurumlardan biridir.

Bildirilib ki, hər il DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda, təqribən, 600 min nəfər iştirak edir: "DİM həmçinin əhaliyə elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Təkcə bir faktı qeyd etmək istəyirik ki, ötən il ərzində DİM-in göstərdiyi elektron xidmətlərdən 7 milyon 383 min, bu ilin iki rübü ərzində isə 5 milyon 319 min dəfə istifadə edilib.

DİM öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.

Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış ("screen" olunmuş) versiyası paylaşılıb. Qeyd edirik ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması ilk olaraq özünü "təhsil eksperti" kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə, çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər.

KİV nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in Mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, öncə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44772 abituriyent iştirak edib və onlardan 39906 nəfər qəbul olub. Təqribən 5074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul ola bilərdilər. Qəbul ola bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atırlar və DİM-in nüfuzuna xələl gətirməyə cəhd edirlər.

Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 467
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 254
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 99
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 360
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 365
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 681
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 284
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 713
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 175