Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi (SƏBƏB)

Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi (SƏBƏB)Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi olan məktəbli Yasin Quliyev yol pulu səbəbindən Meksikada keçirilən beynəlxalq yarışa qatıla bilməyib.

BiG.AZ xəbər verir ki, bu barədə Yeniavaz.com saytına onun atası Yalçın Quliyev məlumat verib.

Qeyd edək ki, "Məktəblilərarası II robot Olimpiadası" Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir və ölkə əhəmiyyətli yarışdır. İSTƏK liseyinin 10-cu sinif şagirdi olan Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb və sertifikata layiq görülüb. Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. Yasinin bu layihəsi 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədiyindən Yasin bu yarışa qatıla bilməyib.
Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi (SƏBƏB)Qəribəsi isə odur ki, Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilib.

"Oğlum İSTƏK liseyinin 10-cu sinif şagirdidir. Robotu başda Yasin olmaqla 4 şagird hazırlayıb. Yol pulu və digər xərclərə dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yazılı müraciət edilmişdi. Həmin yarışa dünyanın 160-dan çox ölkəsindən nümayəndələr qatılır. Azərbaycandan başqa heç bir ölkədən uşaqlar yarışmaya öz ciblərinin pulu ilə getmirlər. Nazirliyə müraciətdən sonra uşaqlara cavab gəldi ki, "robotunuzu hazırlayın, gələk baxaq, ondan sonra cavab verək". Gəldilər, baxdılar, bəyəndilər və dedilər ki, "işinizi bəyənirik, bütün xərclərinizi də ödəyəcəyik". Uşaqlar da həvəslənib gecə-gündüz işlədilər, hazırladılar, amma yarışa az qalmış Nazirlikdən yazılı cavab gəldi ki, yol polunuzu verə bilməyəcəyik".

Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi (SƏBƏB)Bundan sonra Yasinin atası oğlunun yol pulunu öz cibindən ödəməyə çalışıb, amma əlavə xərclər də lazım olduğundan bu mümkün olmayıb: "Əvvəl dedilər 1500 dollar, amma sonra dedilər 2500 dollar. Dedim eybi yox, bir yerdən borc-xərc edib uşağı göndərərəm. Sonra dedilər ki, 1000 dollar da əlavə lazım olacaq - Yasinin orada qalması, otel pulu və s. Ona görə razı olmadım. Mən bu uşağın yol pulunu verirəmsə, xərcini çəkirəmsə, heç olmasa otel pulunu dövlət versin də. Nazirlik heç olmasa 1000 dollar yardım etsəydi, qalanını tapıb özüm ödəyərdim, amma etmədilər. Mənə pis təsir edən budur, axı bu uşaq vətənimizi, Azərbaycanımızı təmsil etmək üçün gedirdi. Lazım oldu-olmadı müxtəlif işlərə milyonlar xərclənir, bəs belə istedadlı gənclərə niyə dəstək vermirlər?".

Qeyd edək ki, Yasin gedə bilməsə də, onun şagird yoldaşları öz vəsaitləri hesabına yarışa qatılıblar.

Azərbaycanın olimpiada çempionu xaricə yarışa gedə bilmədi (SƏBƏB)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 468
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 3057
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 263
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 394
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 365
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 222
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 367
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 325
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 573