Bakıda mebel sexində FACİƏ: ölən var

Bakıda mebel sexində FACİƏ: ölən var

Bakıda mebel sexində ölüm hadisəsi baş verib.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yaşayan, 1995-ci il təvəllüdlü Ağayev Ruhid Rakif oğlu Zabrat-Pirşağı şossesi 23 ünvanında yerləşən mebel sexində fəhlə işləyərkən taxta listləri yığan zaman listlər onun üzərinə aşıb. Hadisə nəticəsində listlərin altında qalan fəhlə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2054 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər