Bir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLAR

Bir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARİngiltərənin kral ailəsinə türk yeməkləri hazırlayaraq məşhurlaşan Hüseyin Özərin çox dramatik həyat hekayəsi var.

BiG.AZ ölkə.az-a istinadən bu gün oxucularına bir zamanlar yatmağa yeri olmadığı halda indi Londonun ən zəngin adamlarından birinə çevrilən Hüseynin həyat hekayəsini təqdim edir.

63 yaşı olan Hüseyin Özər Türkiyənin Tokat vilayətində anadan olub. Amma çox çətin uşaqlıq dövrü olub. Uşaq yaşlarında anası və atası ayrılır və onu istəmirlər. Hüseyini bir kənd ağasının yanına verirlər. Məktəbə getməyən Hüseyin keçiləri güdür və çoban Cəlal əmi ona oxumağı və yazmağı öyrədir.

Amma Hüseyinə ailəsinin zərbələri davam edir. Böyük qardaş anasından qalan tarlalara şərik olmaması üçün Hüseyinə zəhərli əncir verərək öldürməyə çalışır. Amma məqsədinə çata bilmir. Hüseyin baş verənləri belə xatırlayır:

"Bir gün zəhərli ənciri ağzıma atdım və həmən tüpürdüm. Uşaqlara danışdım və boxçalarını açıb məni yeməyə qonaq etdilər".

Sonra anası bilet alaraq Hüseyini Ankaraya göndərir. Qadının məqsədi Hüseyinin orada işləyərək onu övladlıqdan çıxaran atasını öldürmək üçün silah ala bilməsi olub. 11 yaşlı Hüseyinə isə kimsəsiz olduğu üçün heç kəs iş vermir. O, çaxmaq daşı və benzin sataraq bir təhər özünü dolandırır. Qalmağa yeri olmadığı üçün isə bir ümumi tualetdə yatıb-durur.

Qazandığı 75 kuruş (qəpik) isə qarın doyurmağa yetmir. Bu səbəbdən yaxınlıqdakı ciyər kababı satanla razılaşır və 75 kuruşu ona verərək bir təhər qarnını doyurur.

Hüseyin atasını vurmaq üçün silah almaq əvəzinə İstanbula gedir. Bir müddət meyxanalarda komediya ustası kimi işləyir. Əldə etdiyi pul ilə yüngülvari otaq kirələyir. Burada isə həyatı dəyişir, önəmli qərarlar qəbul edir.

Məsələn, Hüseyin təqaüddə olan polkovnikdən ingilis dili dərsi alır və Londona səfərə hazırlaşır. Hərbi xidməti başa vurduqdan sonra Londona gedir. Londonda bir kababçı yanında işə düzəlir. Kafenin zirzəmisində yatıb-durur. Dörd il sonra isə öz kafesini açır. Pulu olmasa da, bir dostu ona güvənərək işə pul qoyur. Sonra isə vaxtilə işlədiyi restoranı da alır. Bu dövrdə də müəyyən çətinlikləri olur.

Hüseyin hazırda keyfiyyətli türk yeməklərinin verildiyi, qarşısında uzun növbələr yaranan Sofra restoranlarının sahibidir. Kral ailəsi də bu restoranların müştərisidir. Bu səbəbdən restoranın şüşələri gülləkeçirməzdir. Restoran həm də Bukinhem sarayının yanındadır. Madonna kimi dünya ulduzları da bura baş çəkir.

Hazırda Hüseyinin 37 milyon funt sterlinqlik sərvəti var və Londonun ən zəngin aşpazlarındandır.

Bir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLARBir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1579   Tarix: 08 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489