Bu əkiz bacılar Eynşteyndən ağıllıdır - görün nələri bilirlər /FOTO

Bu əkiz bacılar Eynşteyndən ağıllıdır - görün nələri bilirlər /FOTO
İngiltərədə yaşayan 11 yaşlı Nikşa və Nisa Upadhya əkiz bacıları intellekt əmsalına görə dahi alimlərdən də üstündürlər.

Dünyada intellekt səviyyəsini bəlirləmək üçün ən nüfuzlu, qocaman və məşhur təşkilat olan "Mensa" epkspertlərinin gəldikləri nəticə belədir.

"Mensa" testi təşkilatın müşahidəçilərinin yanında verilir. 120 min üzvü olan təşkilat dünyada ən ağıllı, intellektli insanları bu test vasitəsilə müəyyənləşdirir.

Nişka və Nisa bacıları Mensa testində 162 bal toplayıblar. Bu isə dahi fiziklər Albert Eynşteyn və Stiven Hokinqin intellekt səviyyəsindən də üstündür.

İngiltərənin Hartfordşir qraflığındakı Rikmansuort şəhərinqdə yaşayan Upadhya ailəsi zəngin, məşhur və ya qalmaqallı deyillər. Normal ailədir.

Ailə başçısı Verun və onun xanımı Kertinin dediklərinə görə, əkiz qızlarının test nəticələri onları heyrətləndirib.

Ötən ay 11 yaşları tamam olmuş bacılarsa gülürlər: "Adi qızlarıq. Sadəcə, dərs oxumağı sevirik. Halbuki sinifdəki şagirdələrin çoxu məktəbi sevmir, dərslərdən usanırlar".

Nikşa humanitar elmlərə meyllidir, Nisa isə riyaziyyatı sevir./milli.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2714 Tarix: 05.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər